Əziz  Azərbaycanlı soydaşlar!

    Bildiyiniz kimi, bu günə qədər Varliğin səsi,  çeşitli movzularla və mümkün olduğiu qədər mükəmməl nəşr olunaraq, 12 sayda sizlərə təqdim olunmuışdur.  Dərgi, işıq üzü gördüyü gündən, ana yurdumuz Azərbaycanın milli və mədəni varlığına qayğı bəsləyənlərin inam və hörmətini qazandı. Təssüflə qeyd etmək lazımdırki, uzun müddətdir bəzi maaddı çətinliklər ucbatından  dərgimizin nəşri dayandırılmşdır.

 “Varliğin səsi”  əməkdaşlarının aldıqlqrı qərara görə, dərgimizin internet saytı  bu gündən etibarən həftəlik olaraq aktivləşir. Saytımızın mündərəcə və mənəvi zənginlik kəsb etməsi  baxımından, millətimizin oyanış və dirçəliş mərhələsində daha yararlı və dolğun yazıların və məqalələrin sayta əlavə edilməsi böyük önəm kəsb edir.  Məqsədə yönlü  yazıların və məqalələrin saytımızda  yer tapması üçün redaksiyamızın yazarlar heyyəti ilə əlaqə  saxlamanızı rica edirik.  Vətənimizin inkişafı naminə yararlı yazılarınızı gözləyirik!

 

“Varliğin səsi” dərgisinin, yazarlar heyyəti

www.varliginsesi.com

A

29 -4 -2010

عزيز آذربايجانلی سويداشلار!

بيلديگينيز کيمی، بوگونه قدر وارليغين سسی، چئشيتلی موضوعلارلا و مومکون اولدوغو قدر مکمل نشر اولوناراق،  12 سايدا، سيزه تقديم اولونموشدور. درگی،  ايشيق اوزو گؤردوگی گوندن، آنا يوردوموز آذربايجانين ميللی و مدنی  وارليغينا قايغی بسله ينلرين اينام و حؤرمتينی قازاندی.  تاسفله قيد ائتمک لازم دير کی، اوزون مدت دير بعض ماددی چتينليکلر اوجوباتيندان درگيميزين نشری دايانديريلميشدير.

«وارليغين سسی» امکداشلاری نين آلديقلاری قرارا گؤره، درگیميزين انترنت سايتی بو گوندن اعتبارا هفته ليک اولاراق آکتيوله شير. سايتيميزين مندرجه و معنوی زنگينليک کسب ائتمه سی باخيميندان، ميللتيميزين اويانيش و ديرچه ليش مرحله سينده داها يارالی و  دولغون يازيلارين و مقاله لرين، سايتا علاوه ائديلمه سی بؤيوک اؤنم کسب ائدير. مقصده يؤنلو يازيلارين و مقاله لرين سايتيميزدا يئر تاپماسی اوچون رئداکسياميزين يازارلار هيئتی ايله علاقه ساخلامانيزی رجاء ائديريک. وطنيميزين انکشافی نامنه يارارلی يازيلارينيزی گؤزله ييريک!  

وارليغين سسی درگيسی نين، يازارلار هيئتی

www.varliginsesi.com