Başsağlığı
باش ساغليغی
xalq şairi, Söhrab Tahir (1926-2016)
Salam verməyə kim qaldı?!
Aldığımız xəbərə görə, Azərbaycan xalq şairi Söhrab Tahir 90
yaşında, cari il, may ayının dördündə, Bakıda əbədiyyətə
qovuşdu.
Söhrab Tahir
gənc yaşından,1945-ci ildən
Azərbaycan demokirat firqəsinin bir fədayi şairi kimi fəaliyyət
göstərmişdi. Nəhayət 1946-cı il Azərbaycan milli hökuməti qan
içində boğularkən,O, Quzey Azərbaycana sürgün düşüb və ömrünün
sonuna qədər orada yaşamışdır.
Söhrab Tahir bir milli- mübüriz şair olaraq, həmdə Azərbaycanın
görkəmli kültrel, ictimayi və siyasi xadimlərindən biri
sayilirdi. Onun ürəyi ömür boyu Güney Azərbaycanın azadlığı
uğrunda yanıb alovlandı.
Biz bu ağır itkini rəhmətli Söhrab Tahirin hörmətli ailəsinə,
Azərbaycan milltinə başsağlığı verir və ona ulu tanrıdan
rəhmət-şəfəqət diləyirik. Ulu ruhu şad olsun, xatirələri əbədi
və yolu davamlı!
Güney nisgilli Xalq şairi Söhrab Tahir bölünmüş vətənin
aqibətini
dilə gətirərək yazdığı bu misraları ilə hər zaman xatırlanacaq:
"Varlığın səsi" dərgisinin əməkdaşları
2016-05-05 , Malmö
El dərdi
Dərdi dərd olmuşdur elin də mənə, Ağladım bir naşı güləndə
mənə, Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt, heç zaman ölmərəm daha! Azad qardaşım var,
onunla xoşam, Mən gərək sahili sahilə qoşam. İki
bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha!
Dənizlər, dəryalar mənə dayazdır, Ən dərin bir çay var, o da
Arazdır. Mənə görüş verin, azadlıq azdır, Görüşsəm
ayrılmaq bilmərəm daha! Mənim səadətim hardasa itdi, O
asan gəlmişdi, asan da getdi. Mənə nə etdisə səadət etdi,
Bədbəxt səadətə gülmərəm daha!
Söhrab Tahir AzərAzər
|