Ey vətən səmtinə gedən karvanlar,
Məndən də bir salam ellərə verin!
Qaranquş misallı, xoşbəxt insanlar,
Baharın müjdəsin güllərə verin!
Mirhidayət Həsari
Böyük insan, qüdrətli alim ustad Mirhedayət Həsarinin nurlu
xatirəsini
ehtiramla yad edirik!
(1929 - 2012)
Giriş
Elə bil ki dünəndi... Dr. Mirhidayət Həsari 2012-ci il
fevral ayinin 6-sinda, saat 20.50 radələrində Tehranda
səssiz-səmirsiz, ürəkləri acıdan nisgil və hüznlə əbədiyyətə
qovvuşdu. Bu gün dünya şöhrətli alimin aramızdan getməsinin
il dönümü ərəfəsindəyik.
Deyirlər ki, insanın iki ömru var: biri insanın
həyatda
fiziki var olduğu bir müddətdir
ki, bunu hərəmiz
ömür
vəfa
etdiyi qədər
yaşayırıq.
Amma insanın
ikinci ömürü daha uzun müddətli və qalıcıdır,
çünki
insan həyatdan
köçüb
getsə
də
onun
əməlləri,
görduyu xeyirxah işlər
onu daim yaşadar.
Söhbət
qələm-söz
ustalarından
gedirsə,
onlarin qoyub getdiyi
ədəbi
əsərlər
onları
əbədi
yaşardar,
nəsildən-nəsilə
keçərək
milli-mədəni
irsimizi daha da zənginləşdirər.
Istedadlı
xalqımızın
yetirdiyi bir belə
daima yaşar
ədiblərdən
biri də
usdat Dr. Mirhidayətdir.
Azərbaycan
ədəbi
aləminin
parlaq ulduzlarından biri sayilan,
Dr. Mirhidayət Həsari keçmə-keçli
ömür
yolu, zəngin
fəaliyyəti
ilə,
Azərbaycan millətinin hüsn-rəğbətin qazanan alimlərdəndir
ki, əbədiyyətə qovuşsa da qoyub getmiş
olduğu mədəni
irs onu
əbədi
yaşadır.
Ustad Həsari həyatda görkəmli hərbiçi olmuşdur
və
eyni zamanda könlunu sözün-qələmin
sehrinə
verərək
məşhur bir şair, yazıçı, tədqiqatçı kimi tanınmış,
jurnalist, folklorşünas və turkoloq kimi də fəaliyyətdə
olmuşdur. Görkəmli
ədibin
30 cildə
qədər
əsəri
çap olunmuş, 30 cilddən artıq hələ gün uzu görməmiş
kitabları, 2250-dən artıq fərhəngi, ictimai, elmi məqalələri
və
tədqiqat
əsərləri
zəngin fəaliyətinin
sübutudur.
Istərdim ki, ömür boyu qaranlıqlar içində, zülmət qoynunda
yaşayan və zülmətə baş əymiyən, dərdi sevincindən daha çox
olan Dr. Mirhidayət Həsarinin ölümünün
il dönümü münüsibəti ilə bağlı xatirələrimi qələmə almaqla
neçə zərurət doğuran və unudulmaz məqamı da vurğulamış olum.
Birinci, ustad Həsarinin ulu ruhuna hörmət; ikincisi ustadın
hörmətli ailəsinə və Azərbaycan xalqına ehtiramimi göstərmək;
üçüncüsü, insani və milli borcumu yerinə yetirməklə ruhumun
rahatlıq
tapmasıdır.
İlk tanışlıq
Ustad Mirhidayət Həsari ilə həmyerli ulduğumuz üçün yalnız
onun adi ilə Kəhriz Yekəndən tanış idim. (Kəhriz Yekən
Mərəndə bağlı olan bir qəsəbədir və ətrafında 18 kənd
yerləşir.) Urmu şəhərinə köçəndən sonra da, yekənlilərin
çoxundan o cümlədən Mirqulaməli Bəhadiridən (Kəhriz Yekən
aydınlarından biri idi) Mirhedayət Həsari haqqında gözəl
sözlər eşitmişdim.
"Bir əsgərin xatirələri" adli kitabi yazarkən dünyaya göz
açdığım Kəhriz Yekən qəsəbəsindən ətrafli məlumatım yox idi,
çünki uşaq çağlarından bəri Urmu şəhərinə köçmüşdük. Isveçdə
yaşadığım zaman "Azərbaycan folkolori və Yekanat
monoqrafiyasi" adlı sanballi bir kitabın
ışıq
üzü görməsindən xəbərdar olmuşdum və bu kitabın yazarı
Mirhidayət Həsari idi. Ustad Məhəmmədəli Fərzanə də, Isveçdə
olduğu ərəfədə ustad Həsarıdan gözəl sözlər söyləmişdi.
Nəhayət, qısa müddətdən sonra ustad Həsarinin telefon
nümrəsini əldə edib və ilk dəfə Tehrandaki evinə zəng etdim.
... Tanışlıq verərkən onun haqqında
uşaq
cağlarından
xoş
sözlər
eşitdiyimi,
onunla qurur duyduğumu dedim və
həmyerlimiz
Mirqulaməli Bəhadurni rəhmətlə
anaraq başqa
mənim
üçün
dəyərli
olan xatirələri
onunla bolüşdüm.
Bu firsətdə kitabım üzərində ustada bilgi verib və
"Azərbaycan folkolori və Yekanat monoqrafiyasi" adli kitabı
göndərməyi xahış etdim. Ustad Həsari sevinərək məni
alqışlayib belə dedi: "Sizi tanımaqdan çox şad oldum, gözüm
üstə! Ünvanızı yazın, bu tezlikdə istədiginiz kitabı sizə
post edərəm ...".
Eləcə də oldu, bu əsər "Günəşsız günlər" adli şeir
divanı ilə post vasitəslə Isveçdə əlimə çatdi və istədiyim
kimi vaxtında faydalandım. Beləliklə səmimi əlaqə və
ilgilərimiz günü - gündən daha da sıxlaşdı. 2001-ci ilin
iyun ayinin 28-də kitabların əlimə çatmasını bildirərək ona
bir məktubda belə yazdım:" Əziz ustad, sağ olasınız,
kitabınızı oxuyarkın sanki uşaq çağlarına dönüb və özümü
Kəhriz Yekəndə hiss etdim!"...
İlk görüş
"Varliğin səsi" əməkdaşlarımızla belə qərara gəldik ki,
Ustad Mirhidayət Həsarini Isveçə dəvət edib və 75 illik
yubileyini Malmö şəhərində qeyd edək.
Növbəti
telefon söhbətimizdə
(2005-7-30)
ustada fikirlərimizi
söyləyərək
onu Malmöyə
dəvət
etdik və
ustadın razılığın əldə etdik. Dəvətnamə üçün qanunu işlər
vaxtında yerinə yetirilldi və ustad 2005-ci ilin avqustun
8-də Tehrandan Kopenhagen hava limanına uçdu.
Elə həman bazar günü
vaxtında əməkdaşımiz Jaqub Şamixi bəy və mən
onun minik maşını ilə Kopenhagen şəhərinin "Kastrup" hava
lımanına
Ana vətəndən gələn
dəyərli
qonağımızı qarşılamağa
getdik... Səbirsizliklə gözləyirdik, axşam çağı idi, günün
ışığı üfüqlərdə parlayarkən nəhayət
ki, Tehrandan gələn
uçaq yərə
endi . Bir neçə dəqiqə sonra salonun çıxış qapısında
cəmiyyətin izdihamı içərisində uca boylu və xoş simalı ustad
Həsarini gördük, o gözləmə salonuna varmaqda idi.
Jaqub bəy ilə birgə irəli gedib bir dəstə çiçəklə
ustadi bir
əzizimiz
kimi
qarşıladiq. Ustad
həyəcanlı və bir az yorğun görünsə
də,
sevincden uzu gulurdu və qivraq gorunurdu. Əlbəttə ki,
həyacan və yorğunluq doğuran bu anlar təsadüfi deyildi,
çünki uzun illər elindən - obasından sürgün düşən, qurbətçilik
həyatı
sürən
vətəndaşları ilə onun görüşü reallaşmışdı.
Görkəmli alimin olduqca təmiz və saf duyğusu bizə də öz
təsirini buraxdı. Beləliklə,
kef-əhval tutandan sonra
Jagub bəyin minik maşını ilə havalimanından Malmöya
doğru yollandıq. Təxminən yarım saatdan Drottninggatan
xiyabanında yerləşən
evimizə
çatdıq,
evdə
həyat
yoldaşım
Sona xanim gül-cicəklə
qonagımızı
qarşılayıb
“Xoş gəlmisiniz!” dedilər.
Ustad Həsari 30 gün qonağımız oldu. Bu müddətdə "Skåne"
rayonunun mərkəzi sayılan və Avropada, Parklar şəhəri kimi
məruf olan Malmö şəhərinin müzeylərini, tarixi yerlərini
habelə Kopehagendeki bəzi tarixi yerləri və o, cümlədən “Su
perisi” heykəlini, Parlement Binasını,
Şəhər
Bələdiyyə
Binasını
yaxındaan gördük. Bu firsətdə dəyərli
qonağımız
yazmış
olduğum "Bir əsgərin xatirələri" adli kitabımın müəyyən
bölümlərini də maraq
və
həvəslə
redakte etdi. Kitabın ön sözündə təşəkkürümü
"Mirhəbib oğlu" adına bildirmişəm. (“Mirhəbib” ustadın
atasınin adidır.)
Ustad Həsari Isveçdə olan ərəfədə Canadanın Vancouver
şəhərindən yayilan "Odlar yurdu" radyosunun müdir məsulu
Əliriza Miyanali ..." telefon edib ustad Mirhidayət Həsarinin
özu
ilə
danışdı.
O ustadın
yazdığı şeyirlərdən bir neçəsini öz səsi ilə oxumasını
təklif etdi və qocaman şayirin canlı səsilə yazılmış
lentlərin
arxivdə qorunub saxlanacağını
bildirdi. Ustad maraqla "Mən kiməm” və ...
şeyirlərini oxumaqla Əliriza bəyin istəyin yerinə
yetirdi.
Sinəsi zəmanənin və tarixin yaralari ilə dolu olan böyük
ədib
Mirhidayət ürək süfrəsini açmışdı və ətrafli söhbətləri
hamımıza dərindən təsir buraxırdı. Azərbaycan türklərinin
başına gələn tarıxı hadisələr və xalqın məzlumiyyəti onu
dərindən kədərləndirirdi. Amma millətimizin mədəni yollarla
milli azadlığına qovuşmasına bütün varlığı ilə inanırdı!
Onun məhəbəti Yekanata tükənməz idi və bu movzuda
yazdığı şeyirdən bir bənd aşağıda təqdim
olunur:
Bahar fəsli dağlar lalə açanda,
Gül sünbül axtarsan Yekanatdadır.
Yal - yamaclar, al yaşıla batanda,
Süsən gül axtarsan Yekanatdadır...
Ustadımız
Yekənlilər haqqında belə deyerdi: "Deyirlər
ki, bir gün
Iskəndər Zülqədər zülmət dünyasında yol gedərkən qaranlıqda
bir adamla toqquşur. Adam dönüb yavaş
olub yoluna baxmasını
deyir. Iskəndər soruşür ki: “Sən kimsən? Bu zülmətə necə
gəlmisən?” Adam cavab verir: “Mən yekənliyəm!”.
Burada Iskəndər teeccüblənir...
Ustadın bu misalı
gətirməklə
mənzuru bu idi ki, yekənlilər müdrik,
zəki,
sədaqətli, cəsarətli insanlardir ki, dünyanın hər harasında
olursa olsun müvəffəq bir insan kimi vardilar... eyni ustadın
özü
kimi...
Ədibin 75 illik yubileyi Dəyərli ustad Mirhidayət Həsarinin 75 illik yubileyi təntənəli şəkildə 2005-ci il sentyabr ayinın 10-da Malmö şəhərində qeyd olundu. ![]()
O günü çox gözəl xatirlayiram
... Avropanın başqa ölkələrindən və Isveçin ayri-ayri
şəhərlərindən
gələn azərbaycanli soydaşlarimiz
adi yuxarıda çəkilən məkana toplanaraq ustadi
səbirsizliklə gözləyirdilər. Salonun girişində sağ tərəfdə
ustad Həsarinin çeşitli əsərləri masa üzərinə qoyulmuş,
divarda onun gənc yaşlarından bu günə qədər seçilmiş
şəkilləri asilmiş, hər tərəf gül-çiçəyə qərq olmuşdu, bir
sözlə salon zovqlə bəzədilmişdi. Bir neçə dəqiqədən sonra
ustadı gətirən maşın binanın qarşısında dayandi və ustad
Həsari, ustad Məmmədəli Fərzanə, muhəndis Böyük Rəsul oğlu
ilə birgə "Varliğınn səsi" əməkdaşları tərəfindən
qarşılanaraq binanın yuxarı mərtəbəsinə çıxdılar. Salona
girərkən iştirakçılar ayağa qalxıb səmimi duyğular ilə əl
çalaraq yubileyin sahibini və yandaşlarını alqışladılar.
Tədbir aparıcıları Gülnara Məmmədova və Mirsadıq Haşimi
tribun arxasında ustada “xoş gəldin” deyib təbrik etdilər
beləliklə tədbir açiq elan edildi. O gecədə bizim gül
balalarimiz da fəal işitirak etdilər: Səhənd Nəbioğlu, Emil
Mobarəki və Nigar Mobarəkinin çixişlari hamimizi
fərəhləndirdi. Aşağida onlarin oxuduqlari şerləri sizə
təqdim edirik:
Qayalarda bitən çiçək,
Çiçəklikdə bir qayatək,
Ulduzlara səs düşəcək:
Azərbaycan, Azərbaycan!
Qartallari od qanadlı,
Oğullari şimşək adlı,
Ana vətən kayinatdı,
Azərbaycan yurdum mənim!
Dosdan uca zirvə varmi?
Sözdən şirin meyvə vari?
Bundan gözəl töhfə varmi?
Azərbaycan yurdum mənim! ![]()
Emil Mübarəki
qarmonunu sinəsinə basasaq məharətlə iki Azərbaycan mahnısı
gözəl şəkildə ifa etməklə mərasimə yeni bir əhval- ruhiyyə
bəxş etdi. ![]()
Nigar Mübarəki
şair, Zeynal Cabbarzadənin "Yurdumuza arxayıq" şeirindən bir
neçə bənd oxudu:
Ana yurdun qucağında,
Boy atırıq azad, şən.
Bəslər bizi, səslər bizi,
Xoş günlərə Bu vətən.
Qoy mahnımız hər tərəfi,
Ağır- ağır dolaşsın.
Qoy səsimiz keçilməsin,
Meşə keçsin, dağ aşsın.
Yurdumuza biz arxayıq,
Qorxumuz yox davadan.
Sülh var olsun, bahar olsun,
Yer üzündə hər zaman! ![]()
Bu sətirlərin müəllifi, "Varliğin səsi" dərgisinin
əməkdaşlari adindan ustad Həsarinin dörd mesraliq "Ana
yurdum Azərbaycan" adlı şeiri ilə məclisin səbəbkarini
səmimi təbrik etdi və ürək sözlərini ifadə etdi. Sonra ustad
Mirhidayət Həsari alqışlarla səhnəyə gələrək onun üçun
ayrilmiş özəl yerdə oturdu. Beləliklə ədibimizə həsr olunmuş
sözü, musiqili, təbrikli yubiley tədbirimiz başlandi. O
unudulmaz gecədə başqa dəyərli qələm ustalarimizin,
ziyalilarimizin, və adi siravi soydaşlarimizin biri-birindən
maraqli, məzmunlu çixişlarini dinlədik, birlikdə huznləndik,
birlikdə sevindik.
Aşağida çixişlari xulasə şəkildə sizə təqdim edirik.
Ustad Fərzanənin çixişindan:
... Öz növbəmdə, lütf edib bu ədəbi və fərhəngi iclasa
qatılmağınıza görə sizlərdən təşəkkür edirəm. Mənə belə
gəlirki, biz hamıdan öncə hörmətli vətəndaş Ağa Mirmusa
Haşimiyə himmət və qayğı göstərməsinə, görkəmli yazıçı və
araşdırıcı Ağa Mirhidayət Həsarini Isveçə çağırmaqla və
ondan üstün bu möhtəşəm yubiley tədbirinin təşkil olunmasina
görə ona minnətdarlığımızı bildirmək lazımdır.
Azərbaycanın bu gün kü durumunda hər bir elinə -
yurduna bağlı olan, tarixi varlığı, dilini- fərhəngini və
bir sözlə mədəniyyətini tanımaqda və tanıtdırmaqda can
yandıran vətəndaşın bura gəlişindən sevinir və bununla
dərindən ilgilənirik. Biz
onların simalarında, anlayışlarında yaranan yenilikləri
görür və adına güvənirik. Onların fərasət, bilik və
yaradıcılığında yaranan elmi araşdırma bacarığı düşüncə və
qələm sınağı sabahın yolunu düzəltməkdə xalqımıza və
yurdumuza yelkən olacaq və bu yelkən
şübhəsiz vətənimizi və elimizi aydın sabahlara
çıxaracaq.
Mən, dəyərli əməkdaşımız Həsarinin xarakter yaradıcılığı ilə
yaxından ilgiləndiğim üçün deyə bilərəm ki, bizim çalışqan
vətəndaşlarımız arasında, Həsari seçgin insanlar sırasında
qimətləndirilən birisidir. Onda zamanla ayaqlaşmaq, səsini
zamanın qabaqcıl səsinə qatmaqda tükənməz enerji və
potelsiala sahib olduğuna şahid olmuşam. Yaradıcılığı çox
sahəli olsada çox da qiyafəli oldu. Onun Yekan (Yekən)
bölgəsində arayıb - darayıb topladığı folklor
numunələr bu günə qədər Azərbaycanın ayri - ayri
bölgələri ilə rabitədə yazılmış monoqrafiyalarin sırasında
hamisindan müfəssəl və müstənəd əsərlər sayılır...
Gecədə fəal soydaşlarimizdan Aydin Həsarli Ustad Həsarinin
"Olmaz" adlı şeirini və Tehrandan gələn və ustadın səmimi
dostlarından biri sayilan ziyalımız Əziz Möhsüninin dəyərli
təbrik məktubunu alqışlarla oxudu.
Əziz Möhsüninin məktubu qisa xulasəsi:
... Şair Həsari
Bu sözləri deyəndən sonra belə bir qənaətə gəlir ki, ellərin
azadlıq zamanı çatıbdır, bu ellər, bu xalq zəncirlərə
bağlanan dillərinin zəncirini qıracaqlar. Zaman çatıbdır və
bu da zamanın hökmüdür!
"Yetişib ellərin azadlıq çağı,
Gəlin sovnizmə son qoyaq indi"
Qollardan
zənciri, dillərdən bağlı
Vaxtı yetişibdir bir qıraq indi"
Ustad Həsari təvazökar və nəcabətli bir insandir. O, ömür
boyu xalqinin və dilinin azadlığı uğrunda yorulmadan çalışıb
və bütün varlığı ilə buna inanıbdir. Zaman çatıb, bir gün
gələcək ki, buxovlar, qandallar qırılacaq. Onun öz qan
qardaşları hətta bütün əzilən, tapdalanan, məzlum insanlar,
günəş rəngili köynəklərini geyib, həyatlarınin baharından
keçəcəklər.
Mən hörmətli dostum və təvazükar alim, şair və yazıçı üçün
can sağlığı arzülayiram. Onun gələcək nailiyyətlərinə əminəm
və onun kimi, o səfali, aydın günləri bütün insanlara,
xisusi ilə, illər boyu tapdalanılan, dili, mənliyi əzilən
vətəndaşlarıma ürəkdən arzülayıram. ...
Böyük Bəy Rəsuloğlunun çixishindan:
... Mirhidayət
Bəy Həsarinin
75 illik yubileyini
təbrik deyirəm. Böyük zəhmətlərə qatlanaraq bu gün
Malmöda bu mədəniyyət ocağında görkəmli yazıçımıza bu
münasibətlə törən hazirlayan dostum Mirmusa Haşimi və
"Varlığın səsi" junralı məsullarına öz təşəkkür
minnətdarlığımı bildirirəm.
60 cild kitab müəllifi və çeşitli məqalələr yazan böyük
yazıçımızın toplumda taninan bir sima olduğu üçün vaxtınızı
alıb onu tanıtmağa çalişmiyacağam. Hərkəsin bildiyi dəyərli
ustadımız ömrünün ilk çağlarından başlayaraq müxtəlif
siyasi, ictimayi və milli-mədəni movzularinda əsərlər
yazmış, dəyərli fikirlər ortaya atmışdır. "Sümərdən,
Atropatenə" qədər mətbuatda ardıcıl çıxan fikirlər milli
təfəkkürün bariz nimunəsi kimi ustad tərəfindən yazılmış
dəyərli bir əsərdir ...
Nəhayət ki, söz ustad Mirhidayət Həsari cənablarına verildi.
Görkəmli yaziçimiz qonaqlari salamlayaraq özünü bu
insanlarin arasinda görməkdən şad olduğunu deyib hamiya
təşəkkür etdi. Habelə üzünü müəllifə tutub bu ifadəni
işlətdi: “ Bu imkanı və
firsəti yaradanlara xususilə dostum, qardaşım və həmyerlim
Mirmusa Haşimidən təşəkkür edirəm”...
O çixişinda
azərbaycanlıların kültürel, ictimayi, mədəni, iqtisadi və
siyasi durumlarının Iranda ağır olmasın vurğuladi və bunlari
qeyd etdi: “... uşaqlarımız üçün çox çalışmalıyıq ki, öz ana
dillərini və milli varlığlarını unutmasınlar. Mədəni
çalışmalarımızla xalqımızı əsrlər boyu qərq olduğu yuxudan
oyatmaq bu gün zəruri xarakter daşayır...”
Əbdulla Əmir Haşiminin (Cavanşir) çixişindan:
“... Ustad Mirhidayət bəy Həsarinin bütün həyat və
yaradıcılığı barədə danışmaq mümkün deyil. Amma bu gözəl
insanın xalqımızın yaratdığı nağıllar, lətifələr, əfsanələr
barədə araşdırmaları, məsəllər və aşıq poeziyasının
rəngarəng səhifələrində arayıb üzə çıxarmaları Azərbaycan
kültürünün inkişafında xisusi yeri var. Burada Mirhidayət
bəy Həsarinin xalqımızın keçdiyi yol və başına gəldiyi
hadisələri xisusi diqqətlə xalq şifahi ədəbiyyatımızda
ədəbiyyat tariximizdə ədəbi tənqidşinaslıq barədə yeni
addımlardan sayilir. Bu addımları cənab Həsari özünə məxsus
vəsvas və diqqətlə izləmişdir ...”
Həsən Intizarcunin çixişindan:
“Ustad Həsari, 75-ci ad gününüz mübarək olsun! Sizə ürəyimin
içindən gələn bir neçə beyt şeir yazmışdım və bu gözəl
münasibətə görə, belə oxumaq istərdim:
Əziz ustad Mirhedayət Həsari,
Qutlayırıq belə bir Bahari,
Bizə çoxdur bu günün iftixari,
Soydaşlar seviri sənin qeyrətin.
Xalqın içində var qədir-qiymətin.
Qələmin nur saçıb Azərbaycana,
Sanballı əsərlər yaydın həryana,
Quran kimi, yol göstərir insana,
Olmaz daha farslar, türkləri dandın.
Zəngin tariximix kölgədə qalsın.
Həsari, Həsarsız yazar sözünü,
Əllərinə söylər, sözün düzünü,
Türk dili dananın, oyar gözünü,
Həsənəm sevərəm haq sözü deyəm,
Ağ- qaranı seçib, düzünü deyəm.
Səttar Sevgin:
“Ey Ana yurdum! ey Azərbaycan!
Qoy atsın gün bə gün şövkətin sənin.
Aslanlar becərən igitlər doğan,
Yayılsın aləmə şöhrətin sənin.
(Mirhidayət Həsarinin yazmiş olduğu şerdən bir
bənddir)
“... Zəhmət çəkib uzaq yollardan gəlmisiniz, məndə
Stockholmdan gəlmişəm. Biz artıq bu salona adət etmişik. Bu
salonda “Varlığın səsi” dərgisinin iki böyük və nəhəng
əməkdaşının doğum günün biz keçirmişik. Böyük ustadımız
Fərzanə bəyin də elə doğum günü burada idi.
"Varlıq" dərgisindən söhbət gedəndə, bizə dil üyrədən, bizi
bura çatdıran sizlər olmusunuz, başda Dr Heyyət
olub. Icazə verin Dr. Cavad Heyyət cənablarının,
ustad Mirhidayət haqqında yubileyə göndədiyi yazını oxuyum:
“Burada da bizim varlığımız olan "Varlıq" dərgisindən ilham
alınmışdır, elə ona görə də Ağa Haşimi, Malmö şəhərində nəşr
olan dərgilərinə bu yüksək anlam daşiyan adı seçmiş və
"Varlığın səsi" qoymuşlar.”
Dr. Cavad Heyyətin məktubu (xulasəsi):
Dr. Mirhedayət Həsari barədə bir neçə söz:
Ağa Mirhedayət Həsari uzun illərdir "Varlıq" dərgisinin
görkəmli yazıçısı və varlıq yazıçılar heyyətinin üzvüdür. O,
eyni zamanda şair, mühəqqiq, folkulurşinas və Azərbaycan
sahəsində türkoloqdur. Tarix və ədəbiyyatımız sahəsində
apardığı araşdırmalar və yazdığı məqalələri “Varlıq”
dərgisinin səhifələrinin bəzəyi olmuş və oxucularımızın
marağını cəlb etmişdir. Həsari bəyin araşdırma sahəsi çox
genişdir. O, türkcə və farscanın dil və ədəbiyyatına
dərindən bələd olduğu üçün hər iki dildə təhqiqat aparır və
unudulmuş ədəbi əsərləri və tarixi şəxsiyyətlərimizi üzə
çıxadır və bizləri onlarla tanış edir.
Həsari bəy eyni zamanda görkəmli şairdir. Onun şeirləri
məzmun və mühtəvalı və duyğuludur. Uzun illərdən bəri
“Varliğın” bütün saylarında onun məqalələri və şeyirləri
dərginin ən maraqlı və faydalı hissələrini təşkil
etməkdədir.
Onun məqalə və şeirləri başqa dərgi və qəzetlərdə də
çıxmaqdadır. Həsari bəy o qədər çalışqan bir araşdırıcı və
yazıçıdırki, “Varlıq” dərgisi onun hamı məqalə və
şeyirlərini yaymağa kifayət etmir və bir çox dərgi və
qəzetlərdə də onun əsərləri nəşr edilir. Buna baxmiyaraq
deyə bilərəm ki, Həsari bəy “Varlıq” dərgisinin təməl
paylarından biridir.
Həsari bəyin uşaqlıq həyatı çox çətin və məhrumiyyətlə
keçmişdir. Bu üzdən o, mədrəsə təhsilini apara bilməımiş və
çalışaraq eşikdə oxuyub imtahan vermiş və lisə təhsilini
bitirəndən sonra orduya daxil olmuş və 30 il xidmətdən sonra
albay (sərhəng) dərəcəsilə əməkli olmuşdur. Ondan sonra daha
fərhəngi işlərlə məşğul olmuşdur. O, orduda ikən London
ünversitələrində mühəndislik diplomu almış və yüksək hərbi
məktəbdə məllim-ustad vəzifələrində çalışmışdır.
O Azərbaycanda Baki Dövlət Universitetinin doktorudur.
Bu gün onun 76 yaşı vardır. O, Culfada anadan olmuş, amma
əslən yekənlidir. Onun əsəri çox şaxəli və saylarıda bir
yazıçının ömrünə sığınmıyacaq qədər çoxdur. Buradan ən
mühümlərini dərc edirik ...”
Rubab Qəzvini:
“... Bu gözəl tədbir bütün azərbaycanlılara, xisusilə biz
xaricdə yaşayan azərbaydanlılar üçün fəxridir. Ona görə ki,
ömürboyu xalqımızın
baş ucalığı və səadəti uğrunda qələm cəbhəsində
sarsılmaz iradə ilə ilə çalışan Dr. Həsari belə alqışlara
layıqdır ...”
Şəhnaz Şayistə:
“Mən Azərbaycan qadınlar cəmiyyəti "Sevil" tərəfindən
ustadın 75-ci il dönümün təbrik edir və ona
can sağlığı və gələcək günlərində başarılar arzılayıram.”
Mari İntizarcu:
“Qızıldan qiymətli, səraydan uca,
Hər cavandan cavan,
dünyadan qoca,
Çörəkdən müqəddəs, şəkərdən şirin,
Azərbaycan dilidir, Ana dilim.
Xəlil
Rza
... Mən də bu gözəl fürsətdən faydalanıb, görkəmli alim,
mehribab insan, ustad Həsarini bu münasibətə görə ürəkdən
təbrik edirəm,
ona uzun ömür və işlərində böyük başarılar arzilayiram.”
Cabbar Səttaroğlu:
”... Bu məclis məni neçə il öncə tutulmuş görkəmli alimimiz,
Dr. Məhəmədəli Fərzanəin 75 illik yübileyini xatırlatdi və
çox mutluyam ki, yenə də Isveçin Nalmö şəhərində eyni
məkanda bir başqa alimimizin, yəni sayın Mirhedayət Həsari
cənablarının 75 illik yübileyinə şahid oluram. Bu gözəl
münasibətə görə, ustadı təbrik edib və ulu tanrıdan ona uzun
ömür və can sağlığı arzu edirəm...”
Eyvaz Müdəbir:
”Sevindirici və qurur yaradıcı andır ustad Mirhedayət
Həsariin bu möhtəşəm yübileyində iştirak etmək. və buna görə
də bu tribuna arxasında durmaqdan qurur duyuram. Sübhəsiz
ustadımızın yazıları və yaradıcılığı millətimizin yoluna
ışıq saçıb, bu gün kü və gələcək nəsillərin türk, azad və
milli ruhunun gəlişməsində yüksək rol oynayacaq ...”
Dadaş Aslanzadə:
”Ustad Həsarinin dəyərli və dolğun əsərlərinə gəldikdə,
unudulmayan əsərləri və çəkdiyi zəhmətlər xalqımızın oyanış
dönəmində böyük və müsbət rolu olub və olacaqdır. Mən
alimlərimizi, qəhrəman yazıçılarımızı belə bir təntənəli
törənlərdə gördügümdə sevinc və həyacana qapsanıram...
Neçə il bundan əvəl
əziz ustad
Fərzanəin də 75-ci
il dönümü mərasimi, Mirmusa Haşimii bəyin dəvəti ilə
"Varlıq" cəmiyyəti tərəfindən elə bu salonda tutulmuşdur.
Ustad Fərzanə indi də bu salonda hüzuru vardır.
Mən bir neçə sətr şeir ilə hüzurunuzdan tribunani
tərk edeceyəm:
Çoxdandır üzünə həsrət qaldığım,
Doğma qardaşımdan aralıyam mən.
Qoy dost da bilsin, duşman da bilsin,
Hələ ölməmişəm yaralıyam mən.
Harada alnı açıq insan görsənir,
Harada məktəbdən çox zindan görsənir,
Bilin oralıyam, oralıyam mən.
Çoxdandır toy-bayram görməyib babam,
Xərməndə özgə üçün iş görür anam,
Səttarxandır babam, Babəkdir atam,
Indi bildinmi, haralıyam mən?”
Güney Azərbaycandan sel kimi axıb gələn soydaşlarımızın
təbrik məktubları, Aydın Hasarlı tərəfindən bir-bir oxunması
bütün iştirakçılarda, xususən ustad Həsaridə gözəl bir
əhval- ruhiyyə yaratmasının yaxından şahidi olduq. Son
anlarda aparıcılar tərəfindən mərasimin suprizləri
açıqlandı. ![]() Mirhidayət Həsari
Öncə, Mari Intizarcu tərəfindən kitab şəkilində hazırlanan
gözəl bir ad günü tortu (kek) musiqilə salona gətirildi.
Salondaki gül balalarimiz Səhənd, Nigar və Emil əllərindəki
gül dəstələrini ustada təqdim etdilər və gecənin səbəbkari
da tortu qonaqların möhkəm alqışları ilə kəsdi. Ardınca
Səmanə və qardaşı Sina - bu iki gəncin gözəl Azərbaycan
rəqsləri salona gözəl şənlik ruhu bəxş etdi.
Mərasimin sonunda,
"Varlığın səsi" dərgisinin təqdirnaməsi iştirakçıların
alqışı ilə ustad Mirhidayət Həsari tərəfindən əmək sərf edən
Jagub Şamixi, Gülnara Məmmədova və Mirsadiq Haşimiyə teqdim
olundu. Ümumiyyətlə, bütün soydaşlarımız gözəl tədbiri
həyata keçirən "Varlığın səsi" dərgisi əməkdaşlarına səmimi
təşəkkür bildirməkləri də burada xatırlatmalıyam.
Tədbirdə
iştirak edən Bolqarıstan türklərinin dərnək başqanı Xalid
Osman ustadın yaradıcılıq fəaliyyətini duyarkən müəllifdən
bunu soruşdu :"Belə bir görkəmli alim necə bəs dünya
səviyyəsində tanınmayıb?”...
"Əziz dostum, hörmətli redaktor Ağa Mirmusa cənabları!
Dərginizin bütüvlüklə mənə həsr etdiginiz 10-ci sayını
internetdən aldım və nəhayət dərəcə sevinib, maraqlandım.
Keçən il mənim anadan olmağımın 75 illiyi münasibətinə görə,
sizin tədbiriniz ilə təntənəli mərasimi bərpa edib və onu
əbədiləşdirmək üçün dərginizin özəl sayını mənə ithaf
etdiyinizə görə minnətdarlığımı bildirirəm. O törəndə zəhmət
çəkən "Varlığın səsi" dərgisinin redaksıya üzvüləri və başqa
əməkdaşlarınızdan səmimi qəlbdən təşəkkür etməyi özümə borc
bilirəm.
Öncə sizin həyat yoldaşınız Sona xanımdan bir ay məni öz
evinizdə ailənizin bir üzvü kimi qəbul etdiginizə görə
şükranlarımı bildirirəm. Sonra yübleyin aparıcıları Gülnüre
xanım Məmmədova və Mirsadıq Haşimi və əməkdaşlarınız Jaqub
Şamixi və ailəsi və Ağa Məmməd Mübarəki və kiçik oğlu Emil
və qızı Nigar xanım və sizin istəkli nəvəniz Səhənd və hünər
göstərən Səmanə xanım və qardaşı və Norvecdən gələn Ibrahim
cənabları və sair zəhmət çəkənlərdən və habelə o biri
qızlarınızdan və Nəbi bəydən təşəkkür edib hamınıza can
sağlığı və yaxşı günlər arzilayiram.
Bunu da artırım ki, törəndən götürülən CD -yə baxdım, Böyük
Ağa Rəsuloğlu danışığında birdə baxdıqda təeccüblə gördüm
ki, sözləri təmamilə mənim barəmdədir beləliklə yalnız
Cavanşir bəyin (Əbdula Əmir Haşimi) sözləri qələmdən
düşmüşdür, O, islah olursa hər şey yerində olar. Sağ olun"
Mirhidayət Həsari
2006-ci il, 4 oktyabr,
Tehran
Son
Ustad Həsari
ilə son telefon əlaqəmiz 2012-ci ilin yanvar ayının 3-de
idi, demək vafatından 33 gün öncə, onun yay müsəmində Isveşə
qonaq gəlməsini təklif etdik, ustadsa: "Qısmət
olursa gələrəm!" dedi. Təssüflə ikinci görüş qismət olmadı!
Bir gün hər zamanki kimi E-maillarımı gözden keçirərkən
hörmətli Mirmüfid adilə e-maili gözümə çarpdi və əziz
şairimiz Feridun Teymuri bəyin aşağıdakı misraların
oxuyarkən acı xəbər ürəyimi dərindən sarsitdi və bir an
susdum. Bu xəbər ustad Mirhidayət Həsarinin gözlənilməz
ölümü ilə bağlı idi.
Bir xəbər yetişdi vay allah-allah,
Əsdi ürəəyimin teli, damarı. Dahı bir insanın ulduzu axdi, Ancaq qaytaran yox belə axarı. "Mirhidayət" yeri bir məzar deyil, Qələmnən qurubdı burcu, hasarı. Varlıq varsa o, varlıqdan ad alar Həm Yekanat tarixindən vüqari. Firidun Teymuri ![]()
Bu acı ölümə hələ
inana bilmədiyimə görə, Mirmüfid ... cənablarına cəvab yazıb
bir daha mövzunu soruşdum. Elə həmən anda Təbrizdə iki
dostuma telefon açıb, onlardan da qəziyyənin səhətin
soruşdum. Biraz sonra
Mirmüfid belə cavab verdi: " Acı xəbəri vermək çox
çətindi məni bağışlıyasınız. Bəli, ustad Bəhmənin 17 - si
axşam saat 20.50 də dünyasıni dəyişib, bu ağır itgini sizə
və bütün əhli-qələm və ədəbiyyatçılara baş sağlığı deyirəm!"
Başqa dostlar da acı xəbəri təsdiq etdilər. Sonra ustadın
dəyərli qardaşı Firidun Həsarlınin telefon numrəsini əldə
edib ilk öncə ona ve ustad Mirhidayət Həsarinin həyat
yoldaşı Gövhər xanıma baş sağlığı verərkən bunlari dedilər:
“Heyif əlimizdən getdi!...” Bunu da
əlavə etdilər ki o, Isveç səfərindən nəhayət razı
dönmüşdü, hər zaman sizlərin məhəbbətin xatirlardı!
Mirhidayət Həsariin acı ölüm xəbəri dünyanin hər tərəfində
yaşayan azərbaycanlıların medyalarında səsləndi və baş
sağlığlari ilə birgə onun haqqında ətraflı bilgilər yayıldı.
Xalqına və ölkəsinə bağlı olan, alçaq könüllü, xeyirxah və
nəcib ustadın haqqında artıq məlumat istəyənlər "Varlığın
səsi”nin 10-cu sayıni dərgimizin internet sitəsi
olan
www.varliginsesi.com
-da
izləyə bilərlər.
Umid edirik ki,
Həsari ailəsi və Mirhidayət Həsarini sevənlər, ustadın ışıq
üzü görməyən əsərlərini çap etməkdə uğurlu addımlar atıb
mərhum ədibimizin qalan əsərlərinin də tariximizdə
əbədiləşməsinə öz tohvələrini vermiş olsunlar!
Dr. Mirhidayət Həsari Azərbaycan coğrafiyasından xaricdə
bütün türk dünyasına xidmət edən və tanınmış bir alim idi.
Onun 450 məqaləsi Azərbaycan və Qaşqayi şairləri barədə
"Ankara" böyük ədəbiyyat projesinə göndərilmişdir. Görkəmli
alimin xatirəsi əbədi və yolunu, izini sevənlərə daima ilham
qaynağı olsun. Onun ulu ruhuna rəhmətlər və şəfəqətlər
diləyirik!
Mirmusa Haşimi
Malmö, 20 yanvar 2013-cü il
|