Varlığını dananlara xitab!
Ey kökünü danan ağa, Dilini
yarğıdan ağa!
Öz qınından cıxan kimi
Bəyənmədin sən heç kimi.
Əcdanından qalan dilə,
Dodaq büzdün bilə-bilə.
Özgə dildə qırıldaddın,
Doğma dilini alçatdın,
Varlığını ucuz satdın,
Yaşlı kökün bütün atdın.
Öz xalqından qıdalandın, Qarnın doycaq
uzaqlandın.
Yad ellərdən dərsin aldın, Hər tərəfdə nifaq saldın.
İnsanlığı çomaq etdin,
Düz yollari əyri getdin.
Millət adın hey pislədin, Özgələrə çox
işlədin.
Ömrün ötdü xulyalarda,
Eniş, yoxuşlu yollarda.
Dəvə əti geydi başın,
Silindi başdan yaddaşın.
Yadlara sən etdin qulluq, Sübut oldu bu manqurtluq.
Insan olan var itirməz, Doğma
dilə dodaq büzməz.
Nədən özən inanmırsan?
Varlığına xor baxırsan?
Varlıqda var şən-şöhrətin, Xalq içində öz hörmətin.
Doymadın mı qul olmaqdan?
Çalış tez çıx bu
batlaqdan!
Şahlar şeyxlər yetər bizə, Millətimiz çökdü dizə.
Bəsdir daha qul olmağın Xalqımı gözdən
salmağın.
Qoy parlasın Azərbaycan, Uğrunda biz verərik can!
Varlıq yaşar kimliyində, Azərbaycan Türk
dilində.
Dil millətin sərvətidir,
Tükənməz bir dövlətidir.
Varlıqda var oğuz izi,
Türk elləri sevir bizi.
El dərdini yazan zaman, Göz yaşlari verməz
aman.
Qələm ağlar kağız üstə, Yara vurar
yaram üstə.
Mirmusayam inanıram,
Haqq sözümə dayanıram.
Bir gün gələr ayılarsan, Varlığına
qayıdarsan.
Gəl fürsəti vermə əldən Tarıx yazaq biz
əzəldən!!!
Mirmusa Haşimi
Malmö, Isveç ,
oktyabr 2004-ci il
وارليغينی دانانلارا خطاب!
ای کؤکونو دانان آغا،
ديلينی يارغيدان
آغا!
اؤز
قيندان چيخان کيمی،
بئينمه دين سن هئچ کيمی.
اجداديندان قالان ديله،
دوداق بوزدون بيله- بيله.
اؤزگه ديلده قيريلداتدين،
دوغما ديلینی آلچاتدين.
وارليغينی اوجوز ساتدين،
ياشلی کؤکون بوتون آتدين.
اؤز خالقيندان قيدالاندين،
قارنين دويجاق اوزاقلاندين.
يادائللردن درسين آلدين،
هر طرفده نفاق سالدين.
اينسانليغی چوماق ائتدين،
دوز يوللاری ايری گئتدين.
ميللت آدين هی پيسلدين،
اؤزگه لره چوخ ايشله دين.
عؤمورون اؤتدو خوليالاردا،
انيش- يوخوشلو يوللاردا
دوه اتی، گئيدی باشين،
سيليندی باشدان ياداشين.
يادلارا سن ائتدين قوللوق،
ثبوت اولدو بو مانقوردلوق.
اينسان اولان وار ايتيرمز،
دوغما ديله دوداق بوزمز.
ندن اؤزه ن اينانميرسان؟
وارليغييان خور باخيرسان؟
وارليقدا وار شن- شهرتين،
خالق ايچينده اؤز حؤرمتين.
دويمادين می قول اولماقدان؟
چاليش تئز چيخ بو باتلاقدان!
شاهلار، شيخلر يئتر بيزه،
ميللتيميز چؤکدو ديزه.
بسديرداها قول اولماغين،
خالقيمی گؤزدن سالماغين.
قوی پارلاسين آذربايجان،
اوغروندا بيز وئره ريک جان.
وارليق ياشار کيمليينده،
آذربايجان تورک ديلينده.
ديل ميللتين ثروتی دير،
توکنمز بير دولتی دير.
وارليقدا وار اوغوز ايزی،
تورک ائللری سئور بيزی.
ائل دردينی يازان زامان،
گؤز ياشلاری وئرمز آمان.
قلم آغلار کاغاز اوسته،
يارا وورار يارام اوسته.
ميرموسايام، اينانيرام،
حاق سؤزومه دايانيرام.
بيرگون گلر
آييلارسان، وارليغينا
قاييدارسان.
گل فرصتی وئرمه الدن،
تاريخ يازاق، بيز ازلدن!!!
ميرموسی هاشمی،
مالمو - ايسوچ،
اکتبر2004
|