Bir millətin gələcəyi
Bir millətin gələcəyi, öz milli və demokratik dövlətinə bağlıdır. Belə bir dövlətin yaranması da, öz millətinin iradəsinə və uzman kadrlarının varlığından asılıdır. Güney Azərbaycan milli hərəkati bir dövlət qurma mücadiləsi olaraq hərəkatinə davam etməkdədir. Azərbaycan milli hərəkati, siyasi həyatında gənc hərəkatdir və bu səbəbdən atılması gərəkən çox sayıda addımların vacib olduğuna inanıram. Bu addımların ən önəmlisi də kadrolaşmaqdan ibarətdir. Bu durumda var olan dövlət anlayışına malik olan sadiq qüvvələri tanıyıb tanıtmaq, özünə məxsus əhəmiyyətə malikdir.
Son günlərdə İstanbul şəhərində bu istiqamətdə çox önəmli bir yığıncaq gərçəkləşdirildi. Bu təşəbbüs, sayın doktor Zia sədr əl Əşrafi cənablarının 77 ci Ad günü münasibətilə akademik və kültürəl atmosfer içərisində yaşandı.
Millətə sadiq və şəffaf əməl edən siyasi qüvvələrin qədrini biləmək, yeni və mütəxəssis kadrlarında ərsəyə gəlməsinə yaxşı şərait yarada bilər. Görkəmli alim, doktor Zia sədr əl Əşrafi cənabları ilə bir arada olmaq, çox bilgin, səmimi, düzgün və Azərbaycan sevər bir şəxsiyyət dən ibarət olduğunu yaxından bizə göstərmiş oldu.
Bu təşəbbüs də əməyi geçən hər kəsə, özəlliklə də ”varlığın səsi” dərgisinin idarə heyətinə öz dərin minnətdarlığımı bildirirəm.
Sayın doktor Zia sədr əl Əşrafi cənablarının, 77 ci Ad gününü bu vəsilə ilə təkrardan təbrik edirəm və özünə, hörmətli ailəsinə uzun ömür və möhkəm can sağlığı arzulayıram. Son olaraq da umud edirəm ki yaxında, qocaman Təbriz də və öz dövlət bayrağımızın altında daha da ihtişamlı yubileylər də birlikdə iştirak edək.
Güney Azərbaycan səsi yayın yönətməni
Kürşad Ağdərəli
İstanbul, 21/10/2023