Ustad Duktor İbrahim Əhrarinin təntənəli 75 illik Yubileyi münasibətinə

0

Ön söz

Dəyərli oxucularımız!
Dərgimizin bu nömrəsini özəl bir buraxılış kimi hazırlamaq istədik. Bu sayımız tamamiylə görkəmli rəssam ustad İbrahim Əhrarinin 75 illik yubileyinə, onun həyat və yaradıcılığına həsr olunur.

“Varlığın səsi” dərgisində çalışan əməkdaşların amaclarından biridə imkan daxilində Azərbaycanın incəsənət xadimlərini arayıb tapmaq və onlara xalqımızın hüsn və reğbətini göstərməkdir. Bu dəfə də növbə gəlib Urmunun vüqarlı oğlu, böyük rəssam ustad Əhrariyə çatmışdır.

Redaksiya heyəti olaraq bu təntənəli mərasimi 2013-cu il iyun ayının 9-da Malmö şəhərinin gözəl konfrans salonlarından olan “Folkets Hus”da qeyd etdik. Ustadın özünün və həyat yoldaşı Hana xanımın iştiraki ilə, Malmödən və digər qonşu ölkələrdən təşrif buyurmuş hörmətli qonaqlarımızın sayəsində çox möhtəşəm bir yubiley tədbiri keçirtmək bizlərə nəsib oldu. Tədbir boyu dünyada tanınmış rəssamımızın həyatı, sənət fəaliyyəti haqqda danışıldı, əsərlərindən video-film nümayiş edildi və nəhayət söz ustad Əhrariyə və qonaqlarımıza verildi. İbrahim bəyin çox mənalı və iltifat dolu çıxışı alqışlar və gül yağışına tutuldu və tədbirin sonunda təqdirnamə və hədiyyələr təqdim olundu. Digər əziz qonaqlarımızın dəyərli çıxışları, ustad haqqda xatirələri maraqla dinlənildi və onların ifasında səslənən şeir və musiqi məclisimizə ayrı bir rəng qatdı. Bu arada yaxından-uzaqdan gələn bütün qonaqlarımıza da və yubileydə zəhməti kəçən bütün soydaşlarımıza təşəkkürümüzü bildirik! Ustad İbrahim bəyin çox əhatəli, zəngin yaradıcılığdan nə o günkü yubiley məclisimizdə, nə də dərgimizin bu dəfəki elektron sayında bəhs etmək mümkün deyil, ancaq tədbir haqqında bəzi materialları, ustadin əsərlərindən nümunələri saytımızda əziz oxucularımıza və seyr edənlərə çatdırmağa səy göstərmişik.

Bir daha dəyərli rəssam ustad İbrahim Əhrarini 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və yaradıcılığında uğurlar arzulayırıq!

”Varlığın səsi” dərgisinin redaksiyası
Malmö, 16 oktyabr 2013

Ustad İbrahim Əhrarinin bioqrafisi

1938-ci ilin May ayında Azərbaycanın Urmu şəhərində anadan oldum. Hər bir insanın öz uşağlıq dövründən müxtəlif xatirələri olarkən, mənimdə bu dövrüdən bir neçə xatirələrim var. Unudulmaz xatirələrimdən birisi məktəbdə bir neçə ay ana dilində təhsil aldığım günlər olmuş. O, zaman cənub Azərbaycanda qurulmuş milli hökumət, Azərbaycan uşaqlarının məktəblərdə ana dilində təhsil almaq huququnu bərpa etmişdir. Elə o zamandan ana dildə təhsil almaq şirinliyini tanıyıb, olduğum hər bir yerdə bu şirinlikdən danışmışam.

Atam arzu edirdi, diplom aldıqdan sonra universtetdə huquq riştəsini oxuyam. amma mənim bu sahəyə heç bir marağım yox idi. atamın sözünə baxmayıb, Tehran şəhərinin incəsənət universitetində oxumaq üçün lazım olan imtahında iştirak etdim. İmtəhanı qazanıb, bu sahədə ali təhsilat almağa başladım. Varlı ailədən olmadığım üçün, rəssam-qrafik sahəsində bir iş tapıb, təhsil və həyat xərcimi çıxarmağa başladım. Bir ildən sonra müxtəlif dəlillər üçün Tehran şəhərini tərk edib, Əhvaz şəhərində neft şirkətinin xəstəxana rəhbəri vəzifəsində olan əmimin yanına getdim. Bir müddətdən sonra əmimin yardımı ilə Buşehr şəhərinin bələdiyyə rəisi vəziyfəsinə təyin oldum.

Bütöv söhbət, iş və hərəkətlərim Şah rejiminin gizli polisi Savak tərəfindən göz altına alındığı üçün vəzifəmdən əl çəkib, başqa bir iş dalınca gəzməyə başladım. o zaman İran neft şirkəti tərəfindən Xark adasında neft borusu çəkilirdi. Bu şirkətdə çox xaricəlilərdən Almanlılar işləyirdilər. Alman vətəndaşı olan bu xaricilərdən birisi “Finik” bəy ilə tanış oldum. O, vətəni haqqında etdiyi təriflər ilə, məni bu ölkəyə valeh etdi. Beləki Almaniya mənim royalar ölkəmə döndü.

1967-ci ildə Almaniyaya gəldim. Hər şey mənə qərib idi. İnsanların yaşayış tərzi, qadınların cəmiyyətdə kişilərlə çiyin-çiyinə durub işləmələri. nümayişlər, mətbuat, söz və siyassi azadlıqlar. qəriblik şokundan qurtuluş üçün, bir neçə müddət ancaq yeyib, yatıb və alkol içməyə üz gətirdim. Günlərin bir ünündə Niderlanddan olan həyat yoldaşım Hana ilə tanış oldum. Ömrümdə birinci dəfə olaraq onun simasında cinsi ehtiyaclarımı bərtərəf edən movcud yox, bəlkə bir dost və mənə sözün əsl mənasında həyat yoldaşı olan bir insan gördüm. 1968-ci ilin mart ayında qızımız Pərvanə anadan oldu. 1969-ci ilin fevral ayında ikinci qızımız Müjqan dünyanın üzün gördü.

Bu ildə Berlin şəhərinin ali incəsənət məktəbinə daxil olmaq imtəhanını qazanıb burada oxumağa başladım.1973-ci ıildə təhsilatımı sona çatdırıb İrana qayıtdım. Tehran universitetində incəsənət fakultəsinin doçenti olaraq işə başladım. 1975-ci ildə yaratdığım işlərdən Tehranda olan Qute inustutunda sərgi tərtib verdim. 1976-ci ildə Berlin şəhərinə geri qayıtdım. Berlin azad universitetində incəsənət tarixi sahəsində təhsil almağa başlayıb və bu sahəni qurtarandan sonra Berlin şəhərinin incəssənət peşə həmkarları ittifaqının rəhbəri kimi işə başladım. Almanıyanın müxtəlif şəhərlərində və həmçinin çoxlu ölkələrdə sərgilər tərtib verdim.

Əsir düşmüş, bölünüb parça-parça olmuş xalqıma əlimdən gələn xidməti əsirgəmədim. Onun İran adlanan ölkədə əzilən insan haqqlarını Alman ictimayyətinə bildirmək üçün fəaliyyətlər etdim. 1989-ci ildə bir neçə soydaşlarımla birlikdə Berlin şəhərində Azərbaycan həftəsi tərtib verdim…

Və nəhayət bu yaşa çatdım. bu yaşda çox arzularım olmazsada, bir arzumdan ayrıla bilmərəm. Bir gün vətənim Azərbaycanın güneyi və orada yaşayan insanlarımı azad və xoşbəxt görəm …

Ustad İbrahim Əhrarinin əsərlərindən nümunələr

Ustad İbrahim Əhrariyə təqdim olan təqdirnamə

“Varlığın səsi” dərgisinin tərəfindən: Mirmosa Haşimi

Sayardım günləri qurbət diyarda,
Ömrün baharı sayanda getdi.
El-oba həsrəti, hicranın dərdi,
Qurbətdə yaşımı yetmiş beş etdi.

Mərasimə başlamadan öncə deməliyəm ki, 30 may yəni bir neçə gün bundan əvvəl Malmö şəhərində inanılmaz acı hadisə ilə uğraşdıq. Qudrətli jurnalist, kəsərli qələm sahibi, vətən sevər nəcib insan və “Varlığın səsi” dərgisinin baş yazarı Xumar xanım Cəfərli trafik qəzasında dünyasın dəyişdi. Mərhum Xumar xanım bu yubileyin nə qədər təntənəli keçirilməsinə can atırdı?! Üç gün hadisədən qabaq bir məktub da göndərmişdi, və daha sonra gələn təbriklər içində oxunacaq.

Xumar xanımın ruhu şad olsun!

Hörmətli xanımlar, bəylər, əziz qonaqlar, hər vaxtınız xeyir olsun!
Azərbaycan səmasının parlaq ulduzlarından biri sayılan ustad İbrahim Əhrarinin bu gün yubileyi mərasimi keçirilir.

“Varlığın səsi” dərgisi əməkdaşları adından siz əziz qonaqları ürəkdən salamlayıram! Ustadımızın şəxsiyyətinə bəslədiyimiz dərin ehtiramın, sənətinə verdiyimiz yüksək dəyərin təzahuru olan bu yubiley mərasimdə iştirakınıza görə minnətdarıq!

Bu gün biz xaricdə yaşayan azərbaycanlılar üçün unudulmaz və yadda qalan günlərdən biridir. Ona görə ki, ustad İbrahim Əhrarinin 75-ci il dönümünü qeyd etmək üçün hamımız buraya toplaşmışıq. Biz tədbir boyunca ustadimızın həyat və yaradıcılığına nəzər salacayıq, onun ictimai fəaliyyətindən bəhs edəcəyik və ustadın öz dilindən həyat hekayəsini və xatirələrini dinləyəcəyik. Bu əziz gündə ustad Əhrarini təbrik etmək üçün yaxından, uzaqdan ta buralara qədər gələn əziz qonaqlarımızla, bu əlamətdar gündə ustadimızın ətrafına toplaşan bütün soydaşlarımızla hamımız qürur duyuruq.

Ustadımıza göstərilən bu qayğı və qiymət bir daha sübut edir ki, xalqımız qədir bilən xalqdır və xalqımız el-obasına bağlı olan sənətkarlara, alimlərinə hər zaman sayğı ilə yanaşır və biz bununla fəxr edirik.

Bəli, səbirsizliklə yolunu gözlədiyimiz, hamımızın sevimlimiz görkəmli rəssam ustad Əhrari bu gün qonağımızdır.

Əziz Ustad Əhrari bəy!

Hamımız bilirik ki, gənc yaşlarından bu günə qədər yüksək enerji və iradənizi itirmədən parça-parça bölünmüş məzlum xalqımızın səsini dünyaya yaymaq, xalqımızın mədəniyyətini incəsənətini dünyaya tanıtmaq sahəsində çalışmalarınıza davam edirsiniz. Gözəl, insani düşüncə və duyğularınız ilə azərbaycan həqiqətlərini gözlərimizin önündə sərgiləyirsiniz. Sizin yüksək estetik dəyəri olan sanballı əsərləriniz dünya qalereyalarını, sərgilərini bəzəyir. Siz zamanın nəbzini tutan bir rəssamsınız, çağdaş fikirlə, yeni nəsil ilə ayaqlaşırsınız, hər zaman axtarış içərisindəsiniz. Bu barədə daha artıq məlumatı proqram içərisində Bakıdan gəlmiş əziz qonağımız Azərbaycan Dövlət Rəssamlıq Akedemiyasının dekanı professor Salxab Məmmədovdan eşitməyimiz daha maraqlı olacaq.

Azərbaycan milləti sizin kimi nəcib və ali cənab ustadlara, onların sənətlərinə dəyər verir. Dünən Bakıda və bu gün İsveçın Malmö şəhərində göstərilən təbrik və alqışlar da bir daha bunu göstərir.

Ustad Əhrari çox xoşbəxt bir insandır. Çünki nadir bir insana nəsib olur bu xoşbəxtlik ki, sərhədlərdən eşikdə onun bu qədər sevənləri olsun. Ustada daha neçə belə gözəl yubiley illəri arzulayırıq!

Sağ olun, var olun, yaşayın, yaradın!

“Varlığın səsi” dərgisinin müdir məsulu, Mirmusa Haşimi
İsveç, Malmö şəhəri, 9 iyun 2013

Ustadın ünvanına gələn təbrik məktubları

RE: Təbrik məktublari!
Från: Homara Djafarov
Till Varliğin Səsi

Bütöv Azərbaycanımızın böyük oğlu, ustad İbrahim Əhrarinin 75 illik yubileyi münasibetilə mən də ürəkdən təbrik edirəm!… Bu böyük insana, can sağlığı, uzun ömür və bundan sonra da yaradıcılıq nailiyyətləri arzu edirəm!… Azərbaycani candan sevən, onun qayğis ilə yaşayan oğul və qızlarımıza eşq olsun!!!
Xumar Cəfərli

 

یئتمیش بئشه چاتمیش اوستاد احراری، یوزه چاتماغينا قویسون قراری

هر ميللتین تاریخی مدنیّت مسئولیتی، اوملتین دوغما مدنیت انکیشافی اوغروندا چالیشان انسانلارین اوزه رینه دوشور. حقیقی معنادا هر ملتین مدنیتی، تاریخ بویو اونون مدنیت تاریخینده، آدلاری قیزیل صحیفه لرده یازیلمیش افتخار یارادان مدنیت معمارلارینین اوزه رینه دوشور. آذربایجانین مدنیت تاریخینده آدلاری حک اولمامیش مدنیت معمارلاری حدیندن آرتیق چوخ اولوب و بو حاقدا یئنی نسلیمیزین اوزه رینه آغیر مسئولیت دوشور.

1938 جی ایلده آذربایجانین مدنیت اوجاقلاریندان بیری ساییلان اورموشهرینده دوغولموش اوستاد ابراهیم احراری جنابلاری، خالقیمیزین مدنیت اوستادلارین بیری کیمی آدلاری و فعالیتلری، مدنیت تاریخیمیزده قیزیل حرفلرله قئید اولماغا لاییق گؤرولن شخصیت لردن بیریسی دیر.

بوگون برلين- باکی گرافیکا گالریسینین رهبری کیمی چالیشان اوستاد احراری، ایلک دفعه اولاراق آنا دیلیمیزین شیرینلیگینی ميللّی حکومتین قوردوغو مکتبلرده داداراق، اوندا ميللّی حیّس یاراتمیشدیر. اوندا یارانمیش بئله بیر دویغو، اونو گرافیکا اینجه صنعتینه ماراقلاندیراراق، نهایت تهرانین اینجه صنعت اوینورستیسینده گرافیکا اینجه صنعتی نین عالی تحصیل آلماغینا گیریب چیخارمیشدیر. بيرمدتدن سونرا «بوشهر» ده بلديه باشقانی وظيفه سينده چاليشير. لاکین شاه دورونون ساواک اداره سینین تضییقلرینه معروض قالاراق، بو وظيفه دن اوزاقللاشيب، خارک آداسيندا نفت شرکتینده چالیشماغا مجبور اولموشدور. اوستاد ابراهیم احراری 1967 جی ایل آلمانیایا گئده رک اورادا هلنديالی خانیملا حیات یولداشلیغی قوراراق، بوقراردان پروانه و موژگان خانیملارا آتالیق افتخاری قازانمیشدیر.

46 ایل قوربتده حیات سورموش اوستاد ابراهیم احراری آلمانیادا اینجه صنعت تاریخینده عالی تحصیل آلمیش اورا دا موحتشم سرگی لر قورماغا ناییل اولموشدور.

قوربتده یاشایان مدنیت سئوه ر وطنداشلاریمیز ایره لی گونلرده اوستاد احراری نین 75 یاشی مناسبتی ایله ایسوچین مالمو شهرینده یوبلئی مراسیمی قورماق قرارینا گلمیشلر بو مناسبته گونئی آذربایجانین مدنیت فعال لاری دا قاتیلاراق اوستاد ابراهیم احراری نین 75 یاشینا چاتماسینی تبریک ائده رک اواوستادا آذربایجان مدنیتی نین انکیشافی اوغروندا چالیشماغا اوزون عومور آرزو ائدیرلر.

بو مناسبتله او اوستادین حیات یولداشینی و قیزلاری پروانه و موژگانی دا تبریک ائدیرلر.هابئله ((وارلیغین سسی)) امکداشلارینی بو مناسبتین سرگی سینی قوردوقلاری اوچون اورکدن آلقیشلایاراق تبریک ائدیرلر.

حؤرمتله:منوچهر عزیزی. تبریز

30 مای 2013

 

تبريک

دوغورداندا کی، ياشاييش نه قدر ساده و گؤزل ايدی، اورمودا «ميرشکاری» کندينين گوناهسيز ومقدس کوچه لری

ائله- بئله، کولک- ياغيش، داش، کسک، تورپاق و لايقجه سينه ياشايان قوجا و گنج بوتون اينسانلار، بوگون اميدسيز قالاراق اونون آختاريشيندا ديرلار

اويون يولداشيم، صينيف يولداشيم و عزيز هم يئرليم اوستاد ابراهيم احراری، منيم اوچون او دورانينن يادگارلاريندان ديرکی، اورگی تميز و محبت ايله دولو ايدی.

بعضی اينسانلارين حياتی بوش کئچير آمما بعضی لری اؤز دوشونجه ودويغولاری اساسدا، عذاب- اذيت لره دؤزه ره ک گله جک نسيل اوچون ياراديجيليقلاری ايله سامباللی اثرلر يادگار قويورلار. دوغوردان بئله اينسانلار خوشبخت دير، چونکی ياراديرلار.

اوکی، بيزی بير- بيری ايله فرقلنديريردی، ابراهيم دا اولان خوشبختليک ايدی. او دوشونجه شرطی چرچيوسينه يئرلشميردی او بو خصوصيت اونو ياراديجيليق استقامتينه يؤنلديردی. بو بير امانت ديرکی، تانری بعضلرينه امانت وبخش ائديب

بئله بير ديرلی اينجه صنعت خادمی و مبارز اينسانين 75- جی ايل دؤنومون تبريک دئمک دن غرور دويورام.

سؤزومون سونوندا اؤزو ايسته ديگی کيمی، منده ميللتيميزين تئزليکله اسارته سون قويوب، آزاد ياشاماغينين آرزوسوندايام!

عليرضا نظمی

کاليفرنيا ژوئن 2013.

Sevgili və hörmətli Varlıqsəsinin heyəti xamınlar və bəylər,
Sevgili və hormətli Mir Musa Haşimi bəy,
Bir güney Azərbaycanlı kimi vətən daşı kımın VARLIQINSƏSİNİN heyətinnən təşkkür ederəm, ki möhtərəm İbrahim Əhrari bəyin 75-ci yubiləyini bir çox maraqlı geçirdir.
İbrrahim bəyə məndə ürəkdən təbrik deyirəm, əziz və möhtərəm soydaşıma uğurlar və uzun illər can sağlığı arzu edirəm.

Sevgilər və hörmtələr
Əli Fərivər
Almaniya
5 jun 2013

!وارلیق سسی درگیسی نین باش مسئولو و بو دگرلندیرمه مراسیمینده امگی کئچن وطنداشلار

آذربایجان اینجه صنعت خادمی، سایقین ابراهیم احراری بگین یاشا ییشی نین یئتمیش بئشینجی ایل دؤنومونون آغیرلانماسی، بو مراسیمده امگی اولانلار دک بوتون آذربایجان اینجه صعنتینه رغبت بسلگن انسانلاری دا سئویندیریر. هر خالق اؤز اینجه صنعت خادیملرینی سئودیگی کیمی آذربایجان خالقی دا اؤز اینجه صنعت خادیملرینی سئور و اونلارین اینجه صنعت اوغروندا قویدوقلاری امک و چکدیکلری زحمتلری اونوتمایاجاقدیر. بو سایدیقلاریمیزا باخمایاراق آذربایجان خالقی نین تاریخ آخاریندا بؤلونمه سی و گونئی آذربایجان تورپاقلاری نین فارس ایستعمارچیلیغینا توتولماسی، گونئی آذربایجان خالقینا اینجه صنعت خادیملرینی یاخیندان تانیماغا، اونلاری اؤز دوغما یوردلاریندا لاییقینجه آغیرلاغا ایمکان وئرمه میشدیر. بو آغیر دورومو نظره آلاراق من ده بیر آذربایجان دیلی و مدنیت خادیمی اولاراق سایقین ابراهیم احراری جنابلارینا، ائله جه ده عائیله سینه یاشاییشلاریندا حضور، آرامیش و خوش گونلر دیله گی ایله اؤز سئوینجیمی سیز آغیرلاما توپلانتیسینا قاتیلانلار ايله بؤلوشمک ایسترم.

دوقتور ایشیق سؤنمز، کؤلن، 07.06.2013

İbrahim Əhrarinin 75 illiyinə təbrik!
Böyük fırça ustası, ustad sənətkar İbrahim Əhrarinin anadan olmasının 75 illiyi tamam olur. Biz bu böyük sənət adamının təkrarsız əsərləri ilə geniş mənada Sovetlər Birliyinin şöküşündən sonra tanış olduq. İnsaf naminə deyək ki, Sovet dövründə Azərbaycanda böyük rəssamlar nəsli yetişmişdi və bu sahədə insanları heyrətləndirmək çox çətin idi. Amma İbrahim Əhrarinin əsərləri sanki Bakıya, yeni müstəqillik qazanmış Azərbaycana yeni bir rəng gətirdi. Bütün təbii gözəllikləri ilə yanaşı bu rəng bir xalqın bölünmüş taleyini, Cənub həsrətini də özündə əks etdirirdi. Bu illər ərzində İbrahim Əhrari yalnız bir sənət adamı olaraq qalmadı, o, milli ideya uğrunda mübarizənin də önəmli simalarından birinə çevrildi. Anadan olmasının 75 illiyi münasibəti ilə mən böyük sənət nəhənglərimizdən olan İbrahim Əhrarini təbrik edir, ona uzun ömür, can sağlığı, təkrarsız yaradıcılığında uğurlar arzu edirəm.

Dərin hörmətlə,
Prof. Dr. Cəmil Həsənli
Azərbaycan Ziyalılar Forumu

Share.