Seyid Ziauddin (Zia) Sədr əl-Əşrəfi 1946-cı ilin qışında, Azərbaycanın mərkəzi sayılan Təbriz şəhərində dünyaya göz açmış, anası Məsumə Sultanqorayı və atası Seyid Müctəba Sədr əl-Əşrəfi idi.
Hər insan (qız ya oğlan) yaşam şəraytindən asılıdır. Ana və atasının yeganə (tək) oğlu olduğuna görə, yaxşı imkanatdan faydalanmış idi.
16 yaşında, anasını və sonra atasını əldən verən Zia-in böyük babası Seyid Hüseyn Sədr əl-Əşrəfi (1945-ci il Azərbaycan milli hökumətinin Təbrizdə istinaf rəyisi olaraq, ədliyyənin başında idi) onun kəfili olur. Mehriban xalalar, alim dayılar və alim əmilərdən başqa tanınmış ailə olduğuna görə, böyük alimlərin qapıları istənilən vaxt üzünə açıq olmuşdur.
Zia, diplom əldə etdikdən sonra, 1963-ci il, kənd təsərrüfati məhəndisliyi sahəsində, Tehran Universitetinə bağlı olan Kərəc şəhərində təhsilini bitirir. O, 1967-ci il bir zabit olaraq əsgəri vəzifəsini bitirəndən sonra, 1969-ci il Həmədan şəhərinin (Bu Əli Sina) Universitetində işə başlamış və sonra bu Universitetin borsiyəsi ilə 1976-ci il Fransayə göndərilir. Zia, 1977-ci il Maqistr dərəcəsi (kəndlərin fəzasi) əldə edir. Nəhayət 1982-ci il Parisdə, Sorbonna Universitetində doktora dərəcəsinə nail olmuşdur. (Tezin ünvanı: İranın kəndilərində başverən təhəvüllər) İlamdan, İran islam hökumətinə qədər.
Zia Sədr əl-Əşrəfi-in çapolmuş əsərləri və …
- Fransa dilində doktora tezindən sonra, Azərbaycan türkcəsində və çoxlu farsca məqalələr xisusi ilə (Azadlıq və ədalət) üzərində yazmış idi.
- 2008-ci il noyabr ayının 28- də Azərbaycan cimhuriyətinin Bakı Universitetində, YUNESKO ilə işbirliyi üçün (İslam dünyasında fəlsəfə, iydealist, matiryalist və şəkak filsuflar üzərində məqalə yazıb və danışıb.
- 2019-ci ilin may ayı, Bakıda İslavyan Universitetində Türkaman Çay anlaşmasının 190-ci il dönümü üzərində danışıbdır.
- “İranlıların etnik və Polarizmi və milli kimliyi” İsveçdə tribun dərgisinin 2 və 3 sayında və həmdə İranda nəşr olmuşdur.
- “İranda ortaq dil və ana dillər, yazı və yazı dəyişikliyi” Ruzgar nov dərgisi nümrə, 172-186
- “Tarix şahiddir ki, heç bir millət və etnikin bir-birinə üstünlüyü yoxdur” Ruzgar nov dərgisi, nümrə, 227-223
- İran və İranın məsələsi Pəhləvi dövründəki İdeologiya və Firdusinin Şahnaməsinin nəqdi (tənqid) etməsi.
- Panizm anlayışı üzərində (pan-aryanizmi və pan-İranizmi nəqd etmək.) Nima aylıq nəşri, nümrə, 128- 123
- “İran kimi çoxmillətli ölkədə demokratıyaya mərkəzləşmə yolu ilə nayil olmaq olmaz!” Canada- da şəhrvənd qəzetəsi ilə bir müsahibə. 2007-ci ilin may ayı nümrə, 1126
- 1990-ci ilin (qara yanvar) haqqında iki konfransda, Fransa prezidinti (prezident Fransva Mitran) ilə görüşmək.
Evlidir, iki oğul atasıdır.