Dr. Zia Sədr əl Əşrafinin çıxışı

0

Danışığım, Təbriz ləhcəsində danışıram, az, ədəbi dilimizdə(02 sentyaber 2023)

Hörmətli Xanımlar, Ağalar, və əziz Qonaqlar,

Hamınıza ürəkdən salam ərz edirəm, bu (göstərilən məhəbət qarşısın-da), nə demağ olar? Çox-çox, sağolun. Başımızı ucadmısınız. Hər şeydən qabax, yeri var, bu iclası quranların, hamısın-nan, tək bə tək, xisusən hörmətli Mir Musa Ağa Haşimi, və möhtərəm həyat-yoldaşı Sona Xanımnan habelə Hekmət bəy-dən, Xanımım Almas və öz tərəfim-nən, təşəkkürümüzü bildirax.

Qıssa şərh-halım əlinizdəki, proqramda-dı. Demağa çox söz var, amma (vaxtınızı artıq tutmaya-cağam), ancaq, neçə canlı xatirəni, siz əziz-lərinən paylaşmaq istərdim:

Anam, Xanım Məsumə Sultanqorayı, Şeyx Əbol-Qasim Sultanqorayı və Xanım Mənsurə Sədr ol əşrafi-nin, ikinci qızıdı.

Şeyx Əbol-Qasim, Şeyx Əbdül-Rəhim-in oğliy-di. Şeyx Əbdül-Rəhim, Dağıstanlı Şeyx Şamilin, yaxın əmir-lərindəni-di.

Üç xala (ana tək): (Raziyə Xanım, Fatimə Xanım və Tahirə Xanım), və üç alim dayi:(Ağa Mirza Cəvad, Ağa Mirza Cəfər, Ağa Mirza Əli) Sultanqorayı varımı-di.

Atam, seyid Müctəba Sədr ol əşrəfi: Ağa Seyid Hüseyn və Əkrəm Xanım Sədr ol əşrəfi-nin, üçüncü oğliy-di.

Dürd savadlı əmi:(Əbdül-Əli Xan, Mahmud Xan, Mürtiza Xan və Riza Xan) Sədr ol əşrafi, varım-ıdi. Əbdüləli Xan xoş-təbı bir şairi-di, (Borna) təxəllüsüy-di.

Həyat-yoldaşım: Xanım Almas Şuar: (Nəbati sellül tanımaq: sitoloji vejetal)-da, Paris-də doktor-luq alıb, Fransə-nin (Sositə Botaniki)-nin, müaviniy-di.

İki oğlumuz var: Alp -Ər: (iyid kişi) və Azad. Hər ikisi müvəffəq-di.

Son-adım (Sədr ol əşrəfi), Qacar tarixinə mərbut olduğunu-da, işarə edirəm:

Miza Cəfər Xan, beş cavanın biriy-di ki, Abbas Mirza, Təbrizdən, Ləndəndə dərs oxumağa, yolladı. Məhəndis oldu, Təbrizə gələn-də, Vəliəhd “Məhəndis-başı”, və sonra Şah birinci “Müşir-o-dovlə” ləqəbin, ona ver-di.

Miza Cəfər Xan Müşir-o-dovlə, Müşiri famili-nin böyükbabasi-di.

Məhəməd Şah zamanın-da, İranın tərəfin-dən, Osmanı ilə sərhəd-ləri təyin etmə heyəti-nin rəyisi-di, Makı-dan , Abadan-a qədər təyin etdi. Bu məsah- ləğın kitabı-nın adi: (Təhqiqati sərhəddiyə)-di: Daxili İşlər və Xarici İşlər Nazirlik-lərində qalırdı.

Ləqəb-lər: Qcar dövrün-də iki qismi-di:

Bir- Hərkəs ləqəbi, işinə münasib, pul ilə alar-dı:

Şahdan Tehran-da (Yüz tümən-ə) və Vəliyəhdi-dən, Təbriz-də (Əlli tümən-ə).

İki- Hər məsul, böyük bir xidmət edən-də, Şah ya Vəliyəhdid, ona bir ləqəb verər-di ki, o ləqəbin üstündə, Şah ya Vəliyəhd: Pul, Kənd, ya Paltar … ona mərhəmət edərdi:

Məhəmməd Şah (Abbas Mirza- in oğlu) ki, şah-ıdi, (təhqiqati sərhədiyəni) görən-də, Miza Cəfər Xan Müşir-o-dovliyə, deyir: Məndən birzad istə?

Miza Cəfər Xan, cavab verir ki: Qurban, mən işimi görmüşəm, təşəkkür edirəm, Məhəmməd Şah-ın israrın-da deyir: qurban, bir qardaşım oğlu var, siyasəti buraxıb, başı kitab-dadı, adı Mirza Yusuf-dı: ona bir ləqəb lütf  büyürün.

Sədr ol əşrəf, ləqəbini verir. Mirza Yusuf, mənim atamın cəddidir: (Babamın babası-dır).  Sədr ol əşrəf  ləqəbinə görə, Mirza Yusuf və sonra iki oğlu, (Mirza Əb ol Hüseyin və Mirza Əli Qacariyə-nin inqirazına qədər, bir (kənd), və ay-da, otuz(30) tümən, vəli-əhdi-lıq-dan, Təbriz-də aldılar.

Bu ləqəbin xatirinə babam (atamım atası) Seyid Hüseyn Sədr ol əşrəfi, Məhəmməd Əli Şah zamanı, gedib Nəcəf- də ictehad dərəcəsinə qədər təhsil etdi: (Mötəcəzi) bilirdi özüni: kimsəyə təqlidi yoxu-di, amma müqəllidi-də yox idi: fitva verməz idi.

Alimlərilə tanışlığım:

Təbrizdən sonra ayri şəhərlərdə alimlər ilə əlaqə-dey-dim, o cümlədən: Tehran, İsfəhan, Qum, Almaniya(Qotinqen, Hamborg, Berlin, Haydenberg, Köln), Paris, Toronto və… Mükatibə ilə də çox yerdə tanışım varı-di. Tək-cə Təbrizi qeyd edirəm: İqbal-o-Sultan(ƏbulhəsənXan) və böyük şagirdi: Ustsd Əkbər Ağa- Həris-çi, Ustad Murtiza Nəxcivani: (Nəqqaş), Ustad Mir Vədud Seyid Yunisi (milli kitabxana-nın rəyisi), Hacı Mahmud Həbəşi, Haci Mirza Yusuf  Şuar: (təfsiri ayati müşküle-ye quran)-ı yazan, Şeyx Əbd ol Rəsul Ehqaqi: (Azərbaycan -da Şayxi-lərin baş-cısı), Əli Azəri(Atamın dosti), Dr, Mənuçehr Mürtəzəvi, Əbdulla Vaiz. Yadi Xeyr-ola: Dr. Əli Müqəqqəm və… tanış oldum.

Azərbaycan milli hökuməti-nin ədliyyə naziri, Yusuf  Əzima cənab-ların-dan bir  xatirə:

Babam (atamın, atası) Seyid Hüseyn Sədr ol əşrəfi, familin böyükü olduğuna görə, il bayramın-da on-iki gün oturar-dı. (1345) də, cənab Yusuf Əzima, qardaşı ilə Urmu-dan görüşünə gəldi-lər: (Bir qardaş-ları, Dr. Əzima İsfəhan şəhərin-də Üniversitə-də ustad idi), gedəcağıdı-lar, onu-da görməyə.

Rəhmətli Asəf-zadə(Ölkənin Ali Məhkəməsinin üzvi), ki babamın Təbriz-də ofisi (dəftəri)-nin rəyisi idi, Ağa Əzima-nı tanıdı və soruş-du: Siz Ağa Yusuf Əzima, Pişəvəri-nin ədliyə naziri-siniz? Hər cür adam var idi, Ağa Yusuf Əzima qızardı, babam Seyid Hüseyn Sədr ol əşrəfi, tez de-di: Bəli, Ağa ədliyə naziridi-lər, məndə onların əlinin altında, (istinaf və ədliyənin rəyisiy-dim).

Mən Əhməd Şah zamanın-da, ki təhsilim Nəcəf də bitdi, gəldim Təbrizdə, (Sülhiyyə də, işə-ləmağa imtahan edirdi-lər, qəbul oldum.

Və Sülhiyyə rəyisliyi ilə işə başla-dım ki, sonra Ədliyyə və Dadqustəri adlandı.

Əhməd Şahın dövrün-dən (1298), Riza Şah və Məmməd Riza Şaha qədər (1328), Rəşt şəhəri-nin ədliyyə rəyisi idim, Pişəvəri dövrü kimi, mənim əhəmiyyətim yoxıdi.

Pişəvərini: həm bir çox düzgün siyasət-mədar və böyük bir şəxsiyət gördüm, və həmidə, bir dövlət-mərd (Siyasi Rəcül) təmam mənada.

Başladı iki xatirə demağa:

Birinci: Bir yaşi az oğrunu oğlani, gətirdi-lər:

Dedim oğlum, inşala əvvəl dəfəndir, elə deyir? Dedi Ağa bəli. Qovl verirsən ki, axır dəfən olacaq. Dedi Ağa bəli. Qanun-dakı maddə-ni oxudum: Alltı ay zindanı varı-di. Dedim iki ay, verirəm yaxcı-dı? Dedi allah sizə ömür versin: (Ustad Məhəmməd Ali Fərzanə dedi-lər: iki ay verib ki, almaq ola).

O cəvan, Firqədəni-miş, neçə gün sonra, qapımı açdı, güldü və get-di. Pişəvəri-yə zəng vurdum, bir tez görüş istədim. Çox huşli-di, dedi: “Elə bir çox vacib-dir, nahara təşrif gətirin əyalətə, mənim-də sözüm var”. Evə xəbər verdim, və get-dim gördüm bazardan çilov-kabab deyib: (Baş vəzir olduqda, əyalət-də yeməyə, təşkilat yoxı-di!), Pişəvəri sözlərin dedi:(Sonra babam-dan soruş-madım: Pişəvəri, sizə nə dedi?). Pişəvəri məndən soruşdı: Sizin məsələz nədir?

Dedim: Qəzavət-də, əslim budur ki: qanunu rəayət et-max-da, Məhkumun, vicdanı razı ola ki ona, zülm olmadı!

Buna görə, qoy-maram, qapım-da polis dura.

O- oğlan, məni piçaq-lıyə bilərdi! Mizimin dalın-da əmniyyətim yoxdi! Gəldim,  məndə, sağol-laşıb və Tehrana  gedəm: (Valı, Səbtin və Fərhəng-in rəyisi, qaçdı-lar) Mən qaçmağa, dəlil görmürdüm.

Pişəvəri dedi: Bir həftə lütfən mənə vaxt verin, istərsəniz gedəsiniz, bir dəstə gül ilə yola salaram. Neçə gün sonra, oğrunu, və onu zindan-dan buraxan bütün şəbəkəni, tutdurmuş idi.

Mən onları xilafkar kimi, məhkum edib, zindana saldım.

Sabah faytuna minəndə, faytunçı dedi: Ağa sizdən pul almarıq, siz bizim ədliyə rəyisimiz-siz: (Pişəvərinin məhbubiyyətinin dəlili-di).

Hər yerdə xəbər yayıldı ki: Öz adamlarını ədliyyə rəyisinə görə, tutdurub.

Pişəvərinin düz, şərif və siyasi bir rəhbər olmasın-dan bir misaldır.

İkinci: Dovlət-mərd: (Böyük dovlət adamı və Siyasi Rəcül) olmağından bir misal:

 Bir ərbab, bayram qabağı kəndi-nə getmiş idi. Onu ölümünə, döymüşdülər, gəldi və dedi: kəndin əksəriyəti-di, qoca-lar, olmasaydı-lar, ölmüş-düm. Tilfun açdım Pişəvəriyə ki: mən bir kəndi tutduran-maram.

Fərdi məsələ deyil ki, ədliyyə-yə rəbti ola.

Təşəkkür etdi və dedi: lütfən deyin üzün yumasın, saat üç-yarım da, əyalətin qabağına gəlsin, siz də təşrif gətirin. Babam, Pişəvərinin tüvsiyəsini, ərbaba deyir. Saat üç-yarım da, görür: iki kamyun fədayi və Pişəvəri- də, qara maşininda oturub.

Babama işarə edirki, Pişəvərinin kənarın-da otursun, ərbab-da şoferin kənarın-da oturur, ki, yolu görsət-sin.

Kənd-ə yetişən kimi, Pişəvəri fədayi-lərə deyir: Bütün kişiləri çağırın, xərmən üstünə, Xanım-lar ilə işiniz olmasın.

Babam dedi: Pişəvəri, gözəl bir nıtq elədi və dedi:

Mən, qanun-suz-luğa aman vermərəm: Qərar ola qanun keçirdək, xalisə kənd-lər kimi, və ya, Tehrana qaçan, zalim ərbabların, kəndlərinə tay, sizə kənd-ləri, müftə verax, o işi görəcəyik. Qərar ola, kənd-ləri, adila-nə qimətə sataq, kəndi-lərə, o işi görəcəyik. Ərbabınız, bir buğda, öz payın-dan artıq istərsə, gəlin Ağa Sədr ol əşrəfi-yə, ki ədliyənin başında-dılar, deyin, dədəsini yandirar!

 Bu kişini niyə bu günə salmısınız? Üzünü tutdu əvvəl ərbaba və dedi: səni döyənləri nişanver, hamısını fədayilər cuxə-si edam edəcək. Üzünü tutdu fədayilərə ki, hazır-laşız. Babam dedi: ərbab görde çörək verənlərin istəyir öldürə, düşdü Pişəvərinin ayaqlarına və dedi: bunlar mənim evlad-larım kimidi-lər, hamısını bağışlayıram. Babam dedi: Kəndilər ki, xoşqəlb insanlar-dılar, hamılıqca ağlaşdı-lar, məndə əf istə-dim. Pişəvəri dedi: Dua edin ərbabı-za. Babam artırdı: yuzdə həşdat (%80) dəvalar, ədliyyə-də, mülkü dəvalarıdı-lar. Telgiraf kimi bütün kənd-lərə, Pişəvərinin söhbəti getdi, daha şikayət və belə dəvalar görmədim.

Ağa Yusuf Əzima dedi: Pişəvərinin sizə, iki dəlilə hörməti var idi:

Bir- Özü düz bir siyasi rəhbəri-di, və düz insan-lara hörmət varı-di.

İki- Bir siyasət-mədar olduq-da, sizi bir örnək və numunə kimi tudmuş-di: ki, oğru-lar və zalimlər, Tehran-a qaçıb-lar. Lap həssas şuğlun sahibi (İstinaf və ədliyyə rəyisi)-nən(ki, hamını məhkum edir, zindana salır), bəs niyə heç -kəsin işi yoxdur!

Ağa Yusuf Əzimadan, bir gün Urmud-a, bu sualı soruşdum:

Milli hökumətin əsli istəyi nəyi-dir ?

Dedi: Bir El (Came-ə:cəmiyət) istərdik yaradaq ki: Hamının işi olsun, və heç-kəsin, heçkəs-dən borcu və tələbi, olmasın.

Demax: İş, səhiyyə, təhsilvə məskən, hamıya təzmin olsun.

Fəsad və fəhşa da, azalsın.

Deməli-yəm ki:Pişəvəri, Təbrizin, fəqr-ə qurban olan Xanım-larına, bir fabrikada, iş verdi. İranın çağdaş tarixin-də, təkcə milli hökumət dövranı, fəhşa Azərbaycanda bir il yığışıl-dı! Dölət-də olar-dan maliyat almır-di!

Axır sözüm: Bu dəbdəbəli törəni quranlar-dan, və bura təşrie gətirən Xanım-lar və Ağa-lardan, bir-də təşəkkür edirəm:

Səttar Xan demiş-kən:” Hamımız Əncümən atlı-sıyıq”.

Bir demokrat şəxs kimi, gələcəyi-mizə, internet çağın-da umidvaram, ona-görə ki: öncədən gedən böyük-lərimizi, müəllim-lərimiz kimi, yada salırıq.

Xadim-lərimizə dəyər veririk.

Xisusi-lə dalı-dan gələn ayıq, haq-sevər və ədalət istəyən gəncilər(cəvan-lar)-ilə, mütləq millətimizə, demokratiya-ya: Demək (Azad-lıq və Bərabər-liyinə, və milli hakimiyyəti-mizə) bu dəfə, həmişəlik əl-tapacayıq.

Sözümə böyük şairimiz Əli Əkbər Sabirin bu şeiri ilə son qoyuram:

Çalxalandıq-ca, dolandıq-ca, Zaman nehrə kimi,

Yağı, yağ üstə çıxar, ayranı, ayran-lıq olu.

Zaman səbəb olar: yaxşı(xadim), və pis(xayin), bir- birin-dən ayrıla)

Kimsə insani sevər, aşiqi hüriyyət olar,

Demək, hüriyyət olan yərdə-də, insan-lıq olu.

Share.