Ön söz
Hörmətli “Varlığın səsi! Dərgisinin oxucuları!
Bir müddət aradan sonra siz dəyərli oxucularımızı yenidən dərgimizin “özəl” buraxışı ilə salamlayırıq!
Qeyd etdiyimiz kimi, dərgimizin bu nümmrəsi “özəl” buraxılışdır. Ötən illərdə neçə incəsənət xadimlərimizə yübleyi mərasimi keçirtmələrinin ardınca, indidə bu sayımız Azərbaycanın güney tayında yerləşən qocaman Təbriz şəhərinin vüqarlı oğlu və Azərbaycan türkünün dili, kültürü, mədəniyyəti və bir sözlə milli varlığı üzərində fəaliyyət göstərən görkəmli alim Zia Sədr əl Əşrafi cənablarına həsr olunur!
Bu əziz ustadın anadan olmasının 77 illiyi münasibəti ilə rdaksiya heyəti olaraq özümüzə borc bildik, onun şərəfinə dərgimizin möhtəşəm İstanbul şəhərində təşkil etdiyi yubiley mərasimi haqqında bəhsetməyə, əsərlərindən nimunələr verməyə çatdırmağa çalışmışıq. Dərginin sonunda tədbirdən bəzi şəkillərə və Zia Sədr əl Əşrafi məllimin ünvanına gələn təbriklərə yer verilib. Birdaha dəyərli Dr. Zia Sədr əl Əşrafini 77 illik yubileyi münasibətinə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində yüksək başarılar arzulayırıq!
İstəkli oxucularımız! Arzumuz budur ki, Azərbaycanın quzeyində Qarabağ prollemi həl olan kimi, güneydə də milli azadlıq qapıları açaraq, hərzaman xalqımıza xoş günlər nəsib olsun, iamı, hamımız fəravan yaşayaq!
Varlığın səsi! Dərgisinin, yazarlar heyəti