Varlığın səsi Dərgisinin tərəfindən Mir Musa Haşimi

0

2014-ci ilin aprel ayında rəhmətli həmyerlim Mirhüsenqulu Riyahifər üçün yazdığım “Qara gün gedər” adlı şeirdən iki bəndini siz ilə paylaşmaq istərdim

Qabarlı əllərə məlhəm olaydım,

Bağlı dodaqlara açar, a qardaş!

Sınan qanadlara əlac tapaydım,

Dözülməz dərdlərə dərman, a qardaş!

Təbrizdə alışar ocağın közü,

Qaranlıq boğular, görər göz-gözü,

Buna şahid olar tarixin özü,

Gedər bu qara gün, qalmaz a qardaş!

Hörmətli xanımlar, bəylər, əziz qonaqlar, hərvaxtınız xeyr!

Yer üzündə bütün məxluqatdan üstün sayılan insanların haqqında danışmaq və yazmaq çoxda asan deyil. İnsanlığa sadıq yanaşanlar bu həqiqəti dərindən bilir. Buna görə, mənə belə gəlir ki, insanlar haqqında olduğu kimi qəzavət olursa, toplumun sağlam olub və qorunması təzmin edilir.

Təsadüfi deyilki, Azərbaycan simasının işiqlı ulduzlarından biri sayılan, qocaman Təbrizin mehribann oğlu Zia Sədr əl Əşrafinın bu gün, hamımıza doğma sayılan İstsnbul şəhərində şənlik mərasimi keçirilir.

“Varlığın Səsi” dərgisində çalışan qələmdaşlarımın tərəfindən hamınızı ürəkdən salamlayıram. Uzaq və yaxın yollar gəlib, bu ədəbi və fərhəngi məsasimdə iştirakınıza görə, minnətdarıq!

Hamımız, Zia müəllimin 77-ci il dönümü və ömür boyu milli və mədəni çalışmaları münasibətinə görə, bir araya toplanmıışıq. Muxtəlif coğrafiyalardan gələn əziz qonaqlarımızın  Zia müəllimin əhatəsinə toplaşmalarından və odlaryurdununbir parçasını bu anlara gətirən soydaşlarımızdan, özümüzə qurur duyuruq.

Zia müəllimə göstərilən bu qayğı və qimət bir daha sübüt edir ki, Azərbaycan milləti, el- obasına bağlı olan alimlərinə sayğı ilə yanaşır və bir bununla fəxredirik.

Səbirsizliklə yolunu gözlədiyimiz, hamımızın sevimlimiz, görkəmli alim Zia Sədr əl Əşrafi bu gün bizim qonağımızdır.

Zia müəllim! Azərbaycan türkünün dili, kültürü, mədəniyyəti və bir sözlə milli varlığı üzərində fəaliyyətləriniz alqışa layıqdır. Siz, qədimilər içində nadir alimlərdənsiniz ki, çağdaş fikirlə yeni nəsil ilə ayaqlaşırsınız. Bu sahədə artıq məlumatı əziz soydaşımız Mir Mahmud Yekani müəllimdən eşitməyimiz daha maraqlı olacaq.

Azərbaycan milləti haqşunas bir millətdir. Bu gün burada göstərilən təbrik və alqışlar da təsadüfi deyil. Sizə daha neçə belə gözəl yubileyi illəri arzulayırıq.

İndi icazə istərdim, Zia müəllimi və onun çox hörmətli həyatyoldaşı Almas xanımı hamımızın alqışları ilə öz yerinə dəvət edib və bu günkü təntənəliyubileyi mərasimini açıq elan edim. Sağolun!

“Varlığın Səsi” dərgisinin müdir məsulu,

Mir Musa Haşimi

02-10-2023 İstanbul- Türkiyə

Share.