Dr. Zia Sədr əl Əşrafi nin 77-ci yubileyinə gələn təbriklər

0

Dr. Zia Sədr əl Əşrafi nin 77-ci yubileyinə gələn təbriklər

Çox hörmətli alim, yazar və siyasi fəal doktor Zia Sədr əl Əşrafi cənabları,

Hər bir millətin milli varlığını qorumaq məsuliyyəti, o millətin doğma mədəniyyət inkişafi uğrunda çalışan insanların üzərinə düşür. Azərbaycan üçün çalışmalarınız alqışa layiqdir…

Azərbaycan milli cəbhəsinin üzvü olaraq hər bir azərbaycanli kimi, siz ilə fəxr edirəm. Bəzi çətinliklərə görə, bu gözəl mərasimə qatılma şansım olmadığı üçün üzgünəm. Umuram ki, üzürlü bəhanəmə görə məni bağışlayasınız!

Sizi, 77-ci il dönümü münasibətilə bağlı ürəkdən təbrik edir, özünüzə, hörmətli həyat yoldaşınıza və sevgili ovladlarınıza möhkəm can sağlığı və işlərinizdə yüksək başarılar diləyirəm!

Ağırlama mərasimini quran “Varlığın Səsi” nə isə alımlərimizi unutmadıqları üçün minnətdarlığımı bildirmək istərdim!

Hörmətlə Vəli Nazari,

Hollandiya

Hörmətli Zia Sədr əl Əşrafi cənabları,

Beləliklə doğum günüzü qutlayaraq və sizin Azərbaycan milli Cəbhəsi ilə ürəkdən əməkdaşlığınızı bəhanə edərək şükranlarımızı və təbriklərimizi qəbul etmək arzusi ilə, sizə və hörmətli ailənizə uzun və mənali ömür və möhkəm cansağlığı, habelə işlərinizdə başarılar diləyirik!

Şad qalın, əsən yaşayın!

Hüseyi Səmsami,

Almaniya

Hörmətli Zia Sədr əl Əşrafi bəy,

Yeddi, ədəbiyyat və kültürümüzdə gözəlliklə bir gəlir! iki yeddi birgə gələndə, gözəllik gözəlləşir deməkdir! Gözəl insan, bütün gözəlliklər sizin olsun.

77-ci ad gününüz uğurlu olsun ustad!

Ali Ardı,

Isveç

Millətimin şərəfli evladı,can qardaşım, qələmdašım, görkəmli mədəniyyəy xadimi, Mir Musa bəy Haşimi cənabları!

Varlığın Səsi dəgisi təşəbbüsü ıil Azərbaycan millətinin şanlı evladı, alim, bilim adamı, siyasətçi, yazıçı, publisist, millət sevər, vətənpərvər insan Zıya Sədrüləşrafi cənablarının barlı ömrünün 77-ci il dönümü münasibətilə yaranmış bu təntənəli törən, sonsuz sevincimizə səbəb oldu. Hörməti doqtor Sədrüləşrafi cənabları da görünür doğal olaraq bir çox başqa zıalılarımız kimi zəmanın sərt üzlüyündən yalnız öz ıxtisası eytim aldığı sahdə fəaliyyətlə kifayətlənməmiş, millətının sosiyal məişətinə, siyasi barlamasına, kültürəl inkişafına,dilinə, yurduna, tarixına tam məsuliyyətlə yanaşıb, yükünü daşımağı ən önəmli görəvi sanmişdır.Mən bu şanlı yığıncağın iştirakçısı olmasam da bu gözəl anlarda bu cəmin sevıncınə qatılaraq görkəmi Zıya Sədrüləşrafi cənablarına uzun, barlı, brəkətli həyat yolu diləyib, azadlıq, ədalət,milli hökümət uğrunda gedən mücadilədə qələminız daha kəskin olsun deyirəm.

Sayğılarla

Kərım Gülndam

٢٧-اوت٢٠٢٣-اورمو

Hörmetli Dostlar, Dr. Ziya Sedr el Eşrefi Beyin 77. il yübileyi kutlamasında bulunmaktan ve Mirmusa Haşimi Bey gibi  birçok dost yüreği tanımaktan şeref duydum. İnşallah yüz illiyinde de bir yerde olarıq. İnşallah Azerbaycan torpağlarının azatlığını görmeyi de birlikte kutlarız…

Hikmet Elp,

İstanbul

Share.